RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Əsas səhifə

[29.04.2024]

Kimya elmləri doktoru Xaqani Fərzulla oğlu Məmmədovun Çində Konfransda iştirak etmişdir

Radiasiya Problemləri İnstitutunun laboratoriya rəhbəri, kimya üzrə elmlər doktoru Xaqani Fərzulla oğlu Məmmədov 19-21 aprel 2024-cü il tarixlərdə Çin Xalq Respublikasının Siamen şəhərində keçirilən “Fiziki Kimya” CPC-2024 9-cu Beynəlxalq Konfransında məruzə ilə çıxış etmişdir.

Konfransda Çin Elmlər Akademiyasının və Universitetlərinin nümayəndələri ilə yanaşı Birləşmiş Britaniya Krallığının, Rusiya Federasiyasının, Yaponiyanın, Bruney krallığının, Malayziyanın, İİR-nin, Pakıstanın, Hindistanın, İtaliyanın, Serbiyanın, Almaniyanın aparıcı elmi tədqiqat qurumlarının və təhsil mərkəzlərinin aparıcı alimlərinin iştirak etmişdir.

[26.04.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları beynəlxalq konfransda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının dissertantları Aysel Nəbiyeva və Aygün Qasımova 26 aprel 2024-cü il tarixində Bakı Mühəndislik Universiteti (BMU) və Dövlət Gömrük Komitəsinin Akademiyasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı”adlı Beynəlxalq konfransında iştirak ediblər.

[26.04.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Beynəlxalq Forumda iştirak ediblər

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, İnstitutun 11 saylı “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının aparıcı elmi işçisi fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova və İnstitutun 10 saylı "Ətraf mühitin radiasiya kimyası" laboratoriyasının kiçik elmi işçısı Selcan Hacıyeva Özbəkistanın Səmərqənd vilayətində keçirilən “THE THIRD INTERNATIONAL FORUM “PHYSICS – 2024” adlı Beynəlxalq Forumda iştirak ediblər.

30 ölkədən olan 200 iştirakçının qatıldığı Beynəlxalq Forumun Təşkilat Komitəsinin üzvü, professor İslam Mustafayev Beynəlxalq Forumda “Prospects of Using Nuclear Energy in Low-Carbon Petrochemical Processes” mövzusunda geniş təqdimatlarla çıxış edib, iştirakçılara Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. İ.Mustafayev həm də Beynəlxalq Forumun elmi sesiyalarının birinə moderatorluq etmişdir.

[26.04.2024]

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda YAP Ərazi partiya təşkilatı və institutun Qadınlar Şurasının təşkilatçılığı ilə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, professor İ. Mustafayev görkəmli alim və ictimai-siyasi xadim Zərifə xanım Əliyevanın həyat və elmi fəaliyyətinin önəmli dövrləri ilə tədbir iştirakçılarını tanış etmiş, gözlərə nur verən akademikin ideyalarını müasir dünyanın çağırışları prizmasından analiz etmişdir.

YAP Ərazi partiya Təşkilatının sədri, institutun icraçı direktoru, dosent R. Mehdiyeva yüksək mənəviyyat simvolu olan, tibb elmləri sahəsində ən yüksək mükafat olan Averbax adına mükafatın ilk qadın mükafatçısı olan akademik Zərifə xanım Əliyevanı istedadlı alim, bacarıqlı elm təşkilatçısı, müdrik həyat yoldaşı, qayğıkeş ana, zəhmətkeş, sadə bir insan, kübar, zərif bir qadın kimi xarakterizə edən xüsusiyyətləri, eləcə də onun tələbə yoldaşları, iş yoldaşları, onu tanıyan insanların xatirələri haqda söz açdı.

[09.04.2024]

RAMAZAN BAYRAMINIZ MÜBARƏK

Hörmətli həmkarlar!

Sizi dünya müsəlmanlarının əziz günü - mübarək Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, Allahdan tutulan oruc və edilən dualarınızın qəbul olunmasını diləyirəm.

Ramazanın müqəddəsliyi Quranın məhz bu ayda nazil olması ilə bağlıdır. Bu səbəbdən savab, ülfət ayı olan Ramazan insanlara dözüm, mərhəmət, xeyirxahlıq təlqin edir. Bu ülvi bayram günündə hər birinizə möhkəm cansaglığı, ailə səadəti, süfrələrinizə bol ruzi-bərəkət, işlərinizdə müvəffəqiyyətlər arzılayıram.

BAYRAMINIZ MÜBARƏK !

 

Hörmətlə,

İslam Mustafayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

[09.04.2024]

İnstitutda Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun icraçı direktoru, dosent Rəvan Mehdiyeva Qızıl Aypara Cəmiyyəti və Radiasiya Problemləri İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən Qızıl Aypara Cəmiyyətinin sədri Ceyran Nağıyeva İnstitutda yaradılan şəraitə və ianələrə görə minnətdarlığını bildirib. C.Nağıyeva Cəmiyyətin fəaliyyət istiqamətləri və görülən xeyriyyə işləri haqqında tədbir iştirakçılarına məlumat verib.

[08.04.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İnstitutda təhsil alan doktorant və dissertantların attestasiyası keçirilib.

[04.04.2024]

Radiasiya Problemləri İnstitutunda növbəti elmi seminar keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Gənc Alim və Mütəxəssislər Şurasının və AzMİU-nun FH və KFT, habelə fizika və kimya kafedralarının birgə təşkilatçılığı ilə "Çernobıl qəzası: həqiqətlər, müəmmalar və müasir radioekoloji vəziyyət" mövzusunda elmi seminar keçirilib.

Seminarda çıxış edən Ukrayna Milli Elmlər Akademiyasının Bitki Hüceyrəsi və Gen Mühəndisliyi İnstitutunun Siqnal Sistemlərin Biofizikası və Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyalarının müdiri, biologiya elmləri doktoru, professor Namik Rəşidov Çernobıl qəzası, həmin ərazinin radioekoloji vəziyyəti və canlılar aləmində baş verən dəyişikliklər haqqında geniş məlumat verib.

[28.03.2024]

Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb. Sonra ölkə Prezidentinin 2023-cü ilin yekunlarına görə gənclər üçün təsis edilmiş Mükafata layiq görülmüş İnstitutun gənc əməkdaşı Kimyaxanım Baxışovanı elmi Şura adından təbrik etmiş və ona işlərində yeni uğurlar arzulamışdır. O, həm də Fəlsəfə doktoru diplomu almış A. Xalıqzadəni də elmi Şura adından təbrik etmişdir.

[19.03.2024]

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!

Hörmətli həmkarlar !

Sizi qarşıdan gələn milli bayramımız olan NOVRUZ BAYRAMI münasibəti ilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti, müstəqil Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Qoy baharın gəlişi ölkəmizə əmin-amanlıq, evinizə ruzi-bərəkət, qəlbinizə sevinc gətirsin !

Hörmətlə,

İslam Mustafayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

[19.03.2024]

İnstitutda Novruz şənliyi qeyd olunmuşdur

Radiasiya Problemləri İnstitutunda Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Novruz şənliyi qeyd edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev İnstitut əmkdaşlarını bayram münasibətilə təbrik edərək qeyd etmişdir ki, bu il keçirilən Novruz bayramının ölkəmizin tarixində xüsusi əhəmiyyəti vardır. Belə ki, uzun sürən Qarabağ konfliktinin Şanlı Ordumuz tərəfindən ədalətlə sona yetirilməsi və torpaqlarımızın düşmənlərdən təmizlənməsi, işğaldan azad edilmiş ərazilərdə milli bayramlarımızın qeyd edilməsi bizim üçün bayram sevincini iki qat artırır. Bu il biz bu bayramı daha yüksək ruhla qeyd etməliyik.

[18.03.2024]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları ağacəkmə aksiyasında iştirak ediblər

16 mart tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkil etdiyi “Yaşıl dünya naminə həmrəylik” devizi altında Müşviqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilmişdir. Radiasiya Problemləri İnstitutunun əməkdaşları ağacəkmə aksiyasında iştirak etmişdir.

[15.03.2024]

Radiasiya Problemləri institutunda qan təhlilləri aparılmışdır

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Vəli Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu ilə qarşılıqlı əməkdaşlıq müqaviləsi əsasında ionlaşdırıcı şüaların insan sağlamlığına təsirinin öyrənilməsi məqsədilə İnstitut əməkdaşlarından qan nümunələri götürülmüşdür. İnstitutunun Həmkarlar təşkilatının təşkilatçılığı ilə 83 nəfər əməkdaşın qan nümunələrində radiasiyanın qana və qan-yaradıcı orqanlara təsiri öyrənilmişdir. Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu bu işləri təmənnasız olaraq həyata keçirmişdir.

[12.03.2024]

İnstitutun Həmkarlar Təşkilatının hesabat-seçki konfransı keçirilib

Radiasiya Problemləri İnstitutunun Həmkarlar Təşkilatının hesabat-seçki konfransı keçirildi.

Azərbaycan Respublikası Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Elmi Təşkilatların Birləşmiş Həmkarlar Komitəsinin Rəyasət Heyətininn üzvü dosent Sitarə Bağırovanın iştirakı ilə keçirilən iclasın sədri AMEA-nın müxbir üzvü İ.İ.Mustafayev çıxış edərək gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdi.

İclasda əvvəlcə İnstitutun Həmkarlar Təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılovanın hesabatı dinlənildi. Çıxış edənlər İnstitutun İcraçı direktoru dosent Rəvan Mehdiyeva, dosent Yadigar Cəfərov, dosent Hökmən Mahmudov, dosent Məzahir Bayramov, Lətifə Qocayeva həmkarlar təşkilatının hesabat dövründə fəaliyyətini qənaətbəxş hesab etməyi təklif etdilər.