RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Əsas səhifə

[16.05.2019]

Şagirdlərimizin layihəsi Türkiyədə 2-ci yerə layiq görülüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun (RPİ) aparıcı elmi işçisi, fizika üzrə elmlər doktoru, dosent Mətanət Mehrabovanın rəhbərliyi altında şagirdlər tərəfindən aparılan tədqiqat işi Türkiyənin İstanbul şəhərində keçirilmiş yarışmada 2-ci yerə layiq görülüb ...

[16.05.2019]

İnstitutda doktorluq imtahanlarının yay sessiyası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ixtisas fənnlərindən doktorluq imtahanlarının yay imtahan sessiyasına başlanılıb ...

[10.05.2019]

"Heydər Əliyev və elmi gənclik" mövzusunda tədbir keçirilib

Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) və AMEA-nın professorlarının koordinasiya şurasının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Heydər Əliyev və elmi gənclik" mövzusunda tədbir keçirilib ...

[08.05.2019]

İnstitutda ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan tədbir keçirilib ...

[06.05.2019]

SOCAR-ın Elm Fondunun elmi tədqiqat, innovativ layihələrin maliyyələşdirilməsi məqsədilə qrant müsabiqəsinin keçirilməsi haqqında elan

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondu dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən fundamental və innovasiya yönümlü elmi tədqiqat layihələrini və digər elmi tədbirləri dəstəkləmək, AMEA-da neft-qaz, neft-kimya sənayesi ilə bağlı aktual və müasir elmi, texnoloji problemlərin tədqiqi ilə məşğul olan alimlərin və yaradıcı kollektivlərin fəaliyyətini stimullaşdırmaq, onlara əlavə yaradıcılıq imkanlarını yaratmaq məqsədilə 2019-cu il üçün müsabiqə elan edir ...

[02.05.2019]

Akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında AMEA-nın vitse-prezidenti vəzifəsinə seçki keçirilib.

Akademiyanın həqiqi üzvləri arasında gizli səsvermə yolu ilə keçirilən seçkidə akademik Rasim Əliquliyev AMEA-nın vitse-prezidenti seçilib ...

[02.05.2019]

AMEA-nın illik Ümumi yığıncağı keçirilib

Mayın 1-də Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, müxtəlif dövlət qurumlarının və ali təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları, KİV nümayəndələri iştirak ediblər ...

[02.05.2019]

Azərbaycan elmi əsərlərin sayına görə Cənubi Qafqaz ölkələri arasında birinci yerə yüksəlib

AMEA-nın illik Ümumi yığıncağında Rəyasət Heyəti aparatının Elm və təhsil baş idarəsinin rəisi, AMEA-nın müxbir üzvü Əminağa Sadıqov "Azərbaycan Milli Elmlər Akademiyasının elmi bazalarda bibliometrik göstəricilərinin müqayisəli təhlilinin nəticələri" mövzusunda məruzə ilə çıxış edib ...

[02.05.2019]

“Kimyəvi Elementlərin Dövrü Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib

BMT-nin Baş Assambleyası tərəfindən 2019-cu ilin “Beynəlxalq Kimyəvi Elementlərin Dövri Cədvəli İli” elan olunması ilə əlaqədar olaraq, AMEA-nın illik ümumi yığıncağı çərçivəsində D.İ.Mendeleyevin “Kimyəvi Elementlərin Dövri Qanunu”nun kəşfinin 150 illiyinə həsr olunan elmi sessiya keçirilib ...

[02.05.2019]

Qədim tarixi abidələrin, əşyaların yaşını necə müəyyən etmək olur? - ARAŞDIRMA

Yaştəyini: Radioizotop tarixləndirmə metodları ilə…

Maddi-mədəni irs nümunələrinin və geoloji süxurların yaşının dəqiq müəyyən olunması arxeologiya və geologiya elmləri üçün olduqca vacibdir və bu məqsədlə müxtəlif üsullar, o cümlədən də radioizotop metodlar son illərdə geniş tətbiq olunur. Arxeoloji tapıntıların yaşının radiokarbon metodu ilə təyini ilk dəfə amerikalı alim V. Libbi tərəfindən 1950-ci ildə həyata keçirilmiş və bu işinə görə o, 1960-cı ildə Nobel mükafatına layiq görülmüşdür. Sonrakı dövrlərdə bu metod daha da inkişaf etdirilmiş və təkmilləşdirilmişdir. Hazırda dünya üzrə bu istiqamətdə tədqiqatlar aparan yüzlərlə laboratoriya var və sözügedən tədqiqatlar vasitəsi ilə arxeoloji tapıntıların yaşı təyin edilir, alınmış nəticələr isə ixtisaslaşmış beynəlxalq jurnallarda çap olunur ...

[02.05.2019]

Elmi nailiyyətlərin sərgisi təşkil edilib

Mayın 1-də keçirilən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ümumi yığıncağı çərçivəsində Akademiyanın elmi nailiyyətlərini əks etdirən sərgi təşkil olunub ...

[01.05.2019]

Azərbaycanlı alimin həmmüəllifi olduğu məqalə impakt faktorlu jurnalda işıq üzü görüb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun aparıcı elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun və Zavoyskiy adına Kazan Fiziki-Texniki İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Andrey Stepanovun həmmüəllifi olduqları "Kiçik bioloji obyektlərin təhlili üçün ion-maska implantasiyası ilə hesablama şəbəkəsinin yaradılması üçün yeni yanaşma" adlı məqalə çapdan çıxıb ...

[26.04.2019]

Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda çıxış edən İnstitutun direktoru, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədov əvvəlcə iclas iştirakçılarını Gündəlikdəki məsələlərlə tanış edib ...

[24.04.2019]

İnstitutda beynəlxalq təşkilatın nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Ukrayna Elm və Texnologiya Mərkəzinin (UETM) nümayəndə heyəti ilə görüş keçirilib ...