RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.06.2020]

Radiasiya Problemləri İnstitutunda magistrantların yay imtahan sessiyası başlayıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda 2019/2020-ci tədris ili üzrə magistrantların yay imtahan sessiyası başlayıb. Karantin rejiminin tələblərinə uyğun olaraq onlayn formatda təşkil edilən imtahanların birincisi bu gün “Radiasiya materialşünaslığı” ixtisası üzrə “Spektrometrik və dozimetrik cihazlar və onları xarakterizə edən kəmiyyətlər və radiasiya təhlükəsizliyi” fənnindən keçirilib.

Qeyd edək ki, magistranların yay imtahan sessiyasının növbəti imtahanları isə müvafiq olaraq iyulun 3-də “Yarımkeçiricilərin radiasiya fizikası”, iyulun 6-da “Bərk cismlərin fiziki xassələrinin ölçmə metodları” və iyulun 10-da “Radiasiya qeydedici cihazların əsasları” fənlərindən olmaqla onlayn formatda keçiriləcək.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.