RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.06.2021]

İnstitutda magistr dissertasiya işlərinin ilkin müzakirəsi üzrə yığıncaq keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda magistr dissertasiya işlərinin ilkin müzakirəsi üzrə yığıncaq keçirilib.

Yığıncaqda magistr - Nuriyeva Aytac Tahir qızının “Fundamental udma oblastında TlInSe2 və TlGaSe2 birləşmələrinin optik xassələrinə qamma şüaların təsirinin xüsusiyyətləri”, Baxışova Kimyəxanım Ziyad qızının “Aşqarlanmış və qamma kvantların təsirinə məruz qalmış GaSe kristalının səth effektlərinin Atom Güc Mikroskopunda (AGM) tədqiqi” və Gərayeva Aytən Hüseynxan qızının “Silisium əsaslı selvari fotodiodların deşilmə gərginliyinin tədqiqi” mövzusunda dissertasiya işi müzakirə edilib.

Müzakirələrdə iddiaçıların, elmi rəhbərlərin və digərlərinin çıxışları nəzərə alınaraq dissertasiyaların aktuallığı, elmi və praktiki əhəmiyyəti vurğulanıb və əsas müdafiə üçün İxtisaslaşdırılmış Müdafiə Şurasına təqdim olunması və qəbul edilən rəylərin təsdiq edilməsi qərara alınıb.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.