RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[04.04.2022]

AMEA Radiasiya Problemləri İnstitutu 2022-ci il üçün doktorantura və dissertanturaya qəbul elan edir

logo

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu 2022-ci il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir. Sənədlər 05 aprel 2022-ci il tarixindən 05 may 2022-ci il tarixinə qədər hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00 - dan 17:00 - dək qəbul ediləcək. Sənədlər AMEA Radiasiya Problemləri İnstitutunun Təhsil şöbəsinə təqdim edilməlidir.

 

Fəlsəfə doktoru hazırlığı üzrə
Doktorantura
“Radiasiya materialşünaslığı – 2225.01”
“Radioekologiya – 2226.01”
“Nüvə kimyası – 2305.01”

Dissertantura
“Radiasiya materialşünaslığı – 2225.01”
“Nüvə kimyası – 2305.01”

Elmlər doktoru hazırlığı üzrə
Dissertantura
“Radiasiya materialşünaslığı – 2225.01”

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

- ərizə (doktorantura, dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikatı olanlara (IELTS, TOEFL, TestDaf, DALF əgər varsa) və ya xarici dildən keçid balını toplayanlara Dövlət İmtahan Mərkəzi tərəfindən verilən təsdiqedici sənəd;
(Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul olmaq istəyən iddiaçılar)
- fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;( Elmlər doktoru elmi dərəcəsi almaq üçün dissertanturaya qəbul olmaq istəyən iddiaçılar)