RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[11.05.2023]

AEBA Marie Skłodowska-Curie Təqaüd Proqramı

MSCFPProqramın məqsədi yüksək motivasiyalı qadın tələbələrə magistr proqramları üçün təqaüdlər və AEBA tərəfindən dəstəklənən təcrübə keçmək imkanı verməklə gənc qadınları nüvə ilə əlaqəli sahədə karyera qurmağa ruhlandırmaq və həvəsləndirməkdir.

Proqram nüvə mühəndisliyi, nüvə fizikası və kimyası, nüvə təbabəti, izotopik üsullar, radiasiya biologiyası, nüvə təhlükəsizliyi, nüvə hüququ kimi nüvə elmi və texnologiyasının təhlükəsiz və dinc məqsədlərlə istifadəsini inkişaf etdirmək üçün AEBA-nın işinə uyğun olan nüvə ilə əlaqəli sahələrdə təhsil alan gənc qadınları dəstəkləyir.

Növbəti müraciət çağırışının 2023-cü il iyulun ortalarında açılması və 2023-cü ilin sentyabr ayının sonuna kimi bağlanması planlaşdırılır. Proqram və uyğunluq tələbləri haqqında ətraflı məlumat üçün linkə daxil olun: IAEA Marie Sklodowska-Curie Fellowship Programme | IAEAInformation for applicants | IAEA.