RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[24.05.2023]

Bakıda “Nüvə kriminalistikası üzrə Yay Məktəbi” təşkil olunacaq

Summer Nuclear Forensics School

Cari ilin 13-15 Sentyabr tarixlərində Bakıda “Nüvə kriminalistikası üzrə Yay Məktəbi” təşkil olunacaq.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ukrayna Elm və Texnologiya Mərkəzi, Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu, Avropa Komissiyası JRC və Amerika Birləşmiş Ştatlarının Energetika Departamentinin “Nüvə Qaçaqmalçılığının Aşkarlanması və Çəkindirmə Proqramı”nın (US DOE-NSDD) təşkilatçılığı ilə təşkil olunan Yay Məktəbinin məqsədi tələbələrin nüvə kriminalistikası və məhkəmə ekspertizası ilə bağlı elmi fənlər üzrə təhsillərini davam etdirməyə marağını stimullaşdırmaqdır.

GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) yuxarı kurs tələbələri, magistrları və gənc alimləri üçün nəzərdə tutulmuş tədbirdə GUAM ekspertləri, Avropa Komissiyası və ABŞ Energetika Departamentinin nümayəndələri də iştirak edəcək.

Qeyd edək ki, sözügedən Yay Məktəbi İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamentində təşkil olunacaq və iştirakçılar üçün nüvə və digər radioaktiv materialların təhlili üzrə mühazirələr oxunacaq, həmçinin praktiki məşğələlər keçiriləcək.

Yay Məktəbində iştirak etmək istəyənlər 30 iyun 2023-cü il tarixinədək müraciət ərizəsi, tərcümeyi-hal və təhsil aldıqları qurumdan alınmış tövsiyə məktubu göndərməlidirlər.

Xarici tələbələrin Yay Məktəbində iştirakı üçün tranzit və yaşayış xərcləri qarşılanacaq.

Əlavə məlumat üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının əməkdaşı Azər Sadıqova müraciət edə bilərsiniz.

http://www.stcu.int/news/index.php?id=600