RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[03.10.2014]

Bakıda 21-24 oktyabr 2014-cü il tarixində “Nüvə elmləri və onun tətbiqləri” VII Avrasiya konfransı keçiriləcək

      21 oktyabr 2014-cü il tarixində "Nüvə elmləri və onun tətbiqləri" VII Avrasiya konfransının AMEA–nın əsas binasında dəyirmi zalda saat 09:00-da açılışı olacaq. 4 gün davam edəcək konfrans AMEA-nın əsas binası, Radiasiya Problemləri İnstitutu və Fizika institutunda 4 seksiyada işini davam etdirəcək.
      Кonfransda Azərbaycan alimləri ilə yanaşı, dünyanın bir sıra ölkələrindən 100-dən çox alim öz məruzələri ilə çıxış edəcəklər.
      Konfransda nüvə fizikası və kimyası, radiasiya materialşünaslığı, radiasiya texnologiyaları, radiasiya ekologiyası, radiasiya biologiyası və radiasiya təhlükəsizliyi mövzularında məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
      Konfransın sonunda "Nüvə elmləri və onun tətbiqləri" Avrasiya konfransının növbəti keçiriləcəyi ölkənin müəyyən olunması və nüvə elmləri və onun tətbiqləri ilə bağlı bir sıra məsələlər haqqında qərar qəbul ediləcək.