RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[05.12.2018]

AMEA Radiasiya Problemləri İnstitutu 2018/2019-cu tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir

loqo

AMEA Radiasiya Problemləri İnstitutu 2018/2019-cu tədris ili üçün “Radiasiya materialşünaslığı - 2225.01”, “Nüvə kimyası – 2305.01”, “Radioekologiya – 2226.01”, “Radiobiologiya - 2418.01” və “Biokimya - 2406.02” ixtisaslarından fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir. Sənəd qəbulu 4 dekabr 2018-ci il tarixindən 24 dekabr 2018-ci il tarixinədək – hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) aparılacaq.

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:
- ərizə (doktorantura, dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına); - kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- xarici dil bilikləri üzrə beynəlxalq sertifikat (əgər varsa); (fəlsəfə doktorluğu hazırlığı üzrə - doktorantura);
- «Fəlsəfə doktoru» və ya «Elmlər namizədi» elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti; (elmlər doktoru hazırlığı üzrə).

AMEA Radiasiya Problemləri İnstitutu Təhsil şöbəsi