RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[11.12.2019]

İnstitutda doktorantura və dissertanturaya sənəd qəbulu başlayıb

loqo

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu 2019/2020-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir. Sənədlər 09 – 28 dekabr 2019-cu il tarixlərində hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 1000 - dan 1700 - dək qəbul ediləcək.

 

 

Fəlsəfə doktoru hazırlığı üzrə
(doktorantura və dissertantura)

“Radiasiya materialşünaslığı - 2225.01”
“Nüvə kimyası – 2305.01”
“Radioekologiya – 2226.01”

Elmlər doktoru hazırlığı üzrə
(dissertantura)

“Radiasiya materialşünaslığı - 2225.01”
“Nüvə kimyası – 2305.01”

Doktoranturaya və dissertanturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- ərizə (doktorantura, dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);
- kadrların şəxsi-qeydiyyat vərəqi;
- tərcümeyi-hal;
- 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
- iş yerindən xasiyyətnamə;
- iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
- çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
- ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);
- şəxsiyyəti təsdiq edən sənədin surəti.