RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[01.02.2021]

“Beynəlxalq Radioaktiv Tullantıların İdarəedilməsi Konfransı” keçiriləcək

AEBA

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) təşkilatçılığı ilə 1-5 Noyabr 2021-ci il tarixlərində “Beynəlxalq Radioaktiv Tullantıların İdarəedilməsi: Davamlı gələcək üçün həll yolları” adlı konfrans keçiriləcək.

Avstriyanın Vyana şəhərində təşkil olunacaq konfrans radioaktiv tullantıların idarəedilməsi sahəsindəki mövcud vəziyyət və həll yolları haqqında fikir və informasiya mübadiləsini təşviq etmək məqsədi daşıyır. Konfransda məruzə və ya poster təqdimatla iştirak etmək istəyənlər 5 Mart 2021-ci il tarixinə qədər konfransın web əsaslı sənəd göndərmə sistemi olan IAEA – INDICO vasitəsilə elektron formatda xülasə təqdim etməlidir.

Qeyd edək ki, konfrans çərçivəsində bu sahədə təcrübə qazanmış ölkələrdən olan alim və mütəxəssislərin iştirakı ilə “Milli proqramatik perspektivlər”, “Tullantıların idarəedilməsi strategiyalarının tətbiqi”, “Müvafiq tullantılar üzrə həll yolları”, “Radioaktiv tullantıların idarəedilməsinin dəstəklənməsində təhlükəsizlik vəziyyətinin yaxşılaşdırılmasının rolu”, “Radioaktiv tullantıların idarəedilməsi proqramlarının sosial-iqtisadi tərəfləri”, “İnteqrasiya edilmiş tullantıların idarəedilməsi” və “Radioaktiv tullantıların idarəedilməsində ölkələrarası əməkdaşlıq” mövzuları üzrə panel müzakirələrin aparılması, eləcə də əlavə tədbir və sərgilərin təşkili nəzərdə tutulub.




 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.