İçindəki
Elanlar
AMEA Radiasiya Problemləri İnstitutunun 2020/2021-ci tədris ilində qəbul olunmuş magistrantların magistrlik dissertasiyalarının müdafiəsi keçiriləcək

AMEA Prezidentinin 17 may 2021-ci il tarixli müvafiq sərəncamına uyğun olaraq “Radiasiya materialşünaslığı” ixtisası üzrə 2020/2021-ci tədris ilində qəbul olunmuş magistrantların magistrlik dissertasiyalarının müdafiəsi 16.06.2021-ci il tarixində saat 10:00-da Fizika İnstitutunda İxtisaslaşdırılmış Müdafiə Şurasında keçiriləcək.
Magistrlik dissertasiyalarının müdafiəsi üçün təşkil olunmuş ixtisaslaşdırılmış Müdafiə Şurasının tərkibi:
1. b.e.d. Qasımov Kərim Qulu oğlu – sədr
2. f.e.d., prof. Əmiraslanov İmaməddin Rəcəbəli oğlu – sədr müavini
3. b.e.d. , prof. Hüseynov Tokay Məhərrəm oğlu – üzv
4. f.e.d., prof. Mədətov Rəhim Səlim oğlu – üzv
5. f.e.d., prof. Sərdarlı Rauf Mədət oğlu – üzv
6. b.ü.f.d., dosent Dadaşov Mürsəl Zubayıl oğlu – üzv
7. f.ü.f.d., dosent Aslanov Rasim Bəxtiyar oğlu – üzv
8. f.ü.f.d., dosent Eminova Şixəmir Osman oğlu – üzv
9. Vəliyeva Məhbubə İsmət qızı – elmi katib
Magistrantların magistrlik dissertasiyalarının ilkin müzakirəsi 08.06.2021-ci il tarixində saat 11:00-da Radiasiya Problemləri İnstitutunda keçiriləcək.
AMEA Radiasiya Problemləri İnstitutu Təhsil şöbəsi