RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elanlar

[11.10.2021]

“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər” mövzusunda Respublika Elmi-texniki Konfransı

logo

28-29 oktyabr 2021-ci il tarixlərində
AMEA FRTE Bölməsi və Radiasiya Problemləri İnstitutu
“İşğaldan azad olunmuş ərazilərdə radioloji və kimyəvi risklər”
mövzusunda Respublika Elmi-texniki Konfransı keçirəcəkdir.

Konfrans hibrid formada (əyani+onlayn qaydada ZOOM platformasında) təşkil olunacaqdır.
Konfransda Ermənistanın işğalından azad olunmuş Azərbaycan ərazilərində aşağıdakı sahələr üzrə yaranmış radioloji və kimyəvi risklər, onların idarə olunmasına aid mövzular üzrə məruzələr müzakirə olunacaqdır:
1. Ərazinin ümumi radiasiya fonu
2. Metsamor atom-elektrik stansiyasının ətraf mühitdə yaratdığı risklər
3. Ermənistan tərəfindən aparılan dag-mədən işlərinin yaratdığı risklər
4. Radiasiyanın insan sağlamlığına təsiri
5. Meşələrin yandırılması nəticəsində yaranan risklər
6. Transsərhəd su resurslarının yaratdığı kimyəvi risklər

I. Konfransın Proqramına orijinal tədqiqatların nəticələri və xülasələr daxil ediləcəkdir.
II. Tezislərin tərtibatına tələbatlar: Konfransın genişləndirilmiş məruzə tezisləri dərc olunacaqdır.
Məruzə tezisləri Azərbaycan dilində həcmi -2 səhifəyədək, 1.5 intervalda, 14 şriftlə (Times New Roman), A4 formatda (soldan 3sm, sagdan 1.5sm, yuxarıdan 2sm, aşağıdan 2sm) olmaqla hazırlanır və elektron formatda qəbul olunur. Məruzənin başlığı böyük hərflərlə, qalın, müəlliflərin adı, soyadı və iş yerlərinin adı ardıcıl sətirlərdə kiçik hərflərlə, qalın göstərilir. Materialların elektron versiyası E-mail vasitəsilə və ya diskdə təqdim oluna bilər.
III. Tezislərin qəbulu və əlavə məlumatların verilməsi:
AZ1143, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç., 9
AMEA Radiasiya Problemləri İnstitutunun əsas korpusu, III mərtəbə,

Elmi katib f.ü.f.d., dos. Musa Nuriyev

Telefonlar: +99412-5383224 (daxili 116), +99450-3207816, +99412-5100592
E-mail: saida.mazair@mail.ru, musa_nuriev@mail.ru

Məruzə tezislərinin təqdim olunması üçün son tarix: 15 oktyabr 2021-ci il