İçindəki
Elanlar
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu 1-15 dekabr 2023-cü il tarixlərində qış imtahan sessiyasında aşağıdakı ixtisas fənlərindən doktorluq imtahanları keçirəcəkdir.
1) 2225.01 – Radiasiya materialşünaslığı (fizika üzrə, kimya üzrə)
2) 2305.01 – Nüvə kimyası
3) 2226.01 – Radioekologiya
ELAN
29 sentyabr 2023-cü il tarixində saat 1400-da İnstitutun akt zalında Türkiyə respublikasının Bolu Abant Izzet Baysal adına Universitetinin Beynəlxalq Yarımkeçiricilər komandasının professoru, doktor ERSAN YILMAZın “Sensor Texnologiyalarında İnnovasiya və Mükəmməllik” mövzusunda ustad mühazirəsi olacaqdır.
Bu sahədə çalışan əməkdaşlar və maraqlananlar seminara dəvət olunurlar.
ELAN
Radiasiya Problemləri İnstitutu laboratoriyalar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
1. “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyası
Baş elmi işçi – 1şt. vah.
2. “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyası
Aparıcı elmi işçi – 1şt. vah.
3. “Radiokimya və radioprotektorlar” laboratoriyası
Elmi işçi – 1şt. vah.
4. “Radiobiologiya” laboratoriyası
Elmi işçi – 1şt. vah.
5. “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyası
Kiçik elmi işçi – 1şt. vah.
6. “Qamma şüalandırma kompleksi”
Kiçik elmi işçi – 1şt. vah.
Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər, Elan, İnstitutun saytına yerləşdirildikdən sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9;
Radiasiya Problemləri İnstitutu
ELAN
2023-ci il sentyabr ayının 21-də saat 1400-da Radiasiya Problemləri İnstitutunun dissertantı Aydan Şahin qızı Xalıqzadənin 2225.01 - "Radiasiya materialşünaslığı" ixtisası üzrə “Yb İLƏ AŞQARLANMIŞ GaS MONOKRİSTALININ ELEKTROFİZİKİ VƏ OPTİK XASSƏLƏRİNƏ QAMMA ŞÜALANMANIN TƏSİRİ” mövzusunda fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işinin ixtisaslaşdırılmış müdafiə şurasında müzakirəsi keçiriləcəkdir.
Online qoşulma Zoom platforması üzərindən olacaq.
Konfransın identifikatoru: 404 189 8581
Kodu: wfd5ET
Akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: Regional aspektlər”adlı konfrans keçiriləcək
Düz on il bundan öncə son mənzilə yola saldığımız AMEA-nın 13 il prezidenti olmuş, 17 il AMEA Radiasiya Problemləri İnstitutuna rəhbərlik etmiş akademik Mahmud Kərimovun bu il 75 yaşı tamam olur. Respublika elminin köklü və aktual istiqamətlərinin inkişafı, elmi kadrların hazırlanması, elmin maddi-texniki bazasının möhkəmləndirilməsində böyük xidmətlər göstərmiş, “Şöhrət” Orden”li akademik M.K.Kərimovun mənalı ömrünün 30 ilini çalışdığı İnstitut bu il 18-19 oktyabr 2023-cü il tarixlərində akademik M.K.Kərimovun 75 illiyi nə həsr olunmuş “RADİASİYA TƏHLÜKƏSİZLİYİ PROBLEMLƏRİ: REGİONAL ASPEKTLƏR” adlı konfrans keçirməyi planlaşdırır. Konfrans M.K.Kərimovun ata yurdu Naxçıvanda Naxçıvan Dövlət Universiteti ilə birgə keçiriləcəkdir.
Bakıda “Nüvə kriminalistikası üzrə Yay Məktəbi” təşkil olunacaq
Cari ilin 13-15 Sentyabr tarixlərində Bakıda “Nüvə kriminalistikası üzrə Yay Məktəbi” təşkil olunacaq.
Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti, Ukrayna Elm və Texnologiya Mərkəzi, Ukrayna Milli Elmlər Akademiyasının Nüvə Tədqiqatları İnstitutu, Avropa Komissiyası JRC və Amerika Birləşmiş Ştatlarının Energetika Departamentinin “Nüvə Qaçaqmalçılığının Aşkarlanması və Çəkindirmə Proqramı”nın (US DOE-NSDD) təşkilatçılığı ilə təşkil olunan Yay Məktəbinin məqsədi tələbələrin nüvə kriminalistikası və məhkəmə ekspertizası ilə bağlı elmi fənlər üzrə təhsillərini davam etdirməyə marağını stimullaşdırmaqdır.
GUAM-a üzv dövlətlərin (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) yuxarı kurs tələbələri, magistrları və gənc alimləri üçün nəzərdə tutulmuş tədbirdə GUAM ekspertləri, Avropa Komissiyası və ABŞ Energetika Departamentinin nümayəndələri də iştirak edəcək.
AEBA Marie Skłodowska-Curie Təqaüd Proqramı
Proqramın məqsədi yüksək motivasiyalı qadın tələbələrə magistr proqramları üçün təqaüdlər və AEBA tərəfindən dəstəklənən təcrübə keçmək imkanı verməklə gənc qadınları nüvə ilə əlaqəli sahədə karyera qurmağa ruhlandırmaq və həvəsləndirməkdir.
Proqram nüvə mühəndisliyi, nüvə fizikası və kimyası, nüvə təbabəti, izotopik üsullar, radiasiya biologiyası, nüvə təhlükəsizliyi, nüvə hüququ kimi nüvə elmi və texnologiyasının təhlükəsiz və dinc məqsədlərlə istifadəsini inkişaf etdirmək üçün AEBA-nın işinə uyğun olan nüvə ilə əlaqəli sahələrdə təhsil alan gənc qadınları dəstəkləyir.
Növbəti müraciət çağırışının 2023-cü il iyulun ortalarında açılması və 2023-cü ilin sentyabr ayının sonuna kimi bağlanması planlaşdırılır. Proqram və uyğunluq tələbləri haqqında ətraflı məlumat üçün linkə daxil olun: IAEA Marie Sklodowska-Curie Fellowship Programme | IAEA və Information for applicants | IAEA.
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun təşkilatçılığı ilə 04-05 may 2023-cü il tarixlərində Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Radiasiya texnologiyaları və onun tətbiqləri" mövzusunda Respublika elmi-texniki konfransı keçiriləcək.
Konfransa qeydiyyat və tezislərin son qəbul tarixi: 25 aprel 2023
AR ETN Radiasiya Problemləri İnstitutu 2023-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Radiasiya Problemləri İnstitutu 2023-cü il üçün aşağıdakı ixtisaslar üzrə fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya sənəd qəbulu elan edir.
Sənədlər 12 aprel 2023-ci il tarixindən 16 may 2023-cü il tarixlərində “portal.edu.az” saytından online qaydada qəbul edilir.
Fəlsəfə doktoru hazırlığı üzrə
Doktorantura
“Radiasiya materialşünaslığı – 2225.01”
- əyani
- qiyabi
“Radioekologiya – 2226.01”
- qiyabi
Dissertantura
“Radiasiya materialşünaslığı – 2225.01”
“Radiobiologiya – 2418.01”
Elmlər doktoru hazırlığı üzrə
Doktorantura
“Radiasiya materialşünaslığı – 2225.01”
- qiyabi
“Nüvə kimyası – 2305.01”
- qiyabi
Dissertantura
“Radiasiya materialşünaslığı – 2225.01”
“Nüvə kimyası – 2305.01”
“Radiobiologiya – 2418.01”
İnstitutda “Açıq qapı günləri” keçiriləcəkdir
Azərbaycan Respudlikası Elm və Təhsil Nazirliyi
Radiasiya Problemləri İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası 29 mart tarixində Elm gününə həsr olunmuş “Açıq qapı günləri” keçirəcəkdir.
“Gənc tədqiqatçı” müsabiqəsi elan edilib
Azərbaycan Respudlikası Elm və Təhsil Nazirliyi
Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurası və Həmkarlar Təşkilatı
Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Gənc tədqiqatçı” müsabiqəsi elan edir.
Müsabiqənin şərtləri:
1. Müsabiqədə 35 yaşa qədər aktiv elmi fəaliyyətlə məşğul olan gənc alim və mütəxəssislər iştirak edə bilər.
2. 2022 – ci ildə aparılan elmi tədqiqat işinin təqdimatı (Slayd şəklində).
3. Beynəlxalq reytinqli jurnallarda çap olunmuş məqalələrin siyahısı və surəti.
4. Beynəlxalq konfrans, simpozium və treninglərdə iştirakla bağlı məlumat.
Elektron poçt: rpigencalimler@gmail.com
ELAN
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu aşağıdakı laboratoriya rəhbərləri və şöbə müdiri vəzifələrini tutmaq üçün müsabiqə elan edir:
1. “Radiobiologiya” laboratoriyası üzrə:
- Laboratoriya rəhbəri vəzifəsi – 1şt.vah.
2. “Bərpa olunan enerji növlərinin çevrilməsi” laboratoriyası üzrə:
- Laboratoriya rəhbəri vəzifəsi – 1şt.vah.
3. “Layihiyələndirmə-konstruktor” şöbəsi üzrə:
- Şöbə müdiri vəzifəsi – 1şt. vah.
Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər bu elan dərc olunduqdan sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9; telefon – 539 33 91; 538 32 24
Radiasiya Problemləri İnstitutu
ELAN
22.12.2022-ci il tarixində saat 1000-da AMEA RPİ-nin nəzdində yaradılmış BFD 3.07 saylı Birdəfəlik müdafiə şurasında dissertant Vəlicanova Mehriban Zəbulla qızının “Radiasiya və duz streslərinin təsirinə məruz qalmış noxud və qarğıdalı bitkilərində antioksidant müdafiə sisteminin tədqiqi” mövzusunda 2418.01 – “Radiobiologiya” ixtisasından biologiya elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçiriləcəkdir.
Online qoşulma zoom platforması üzərindən olacaq.
Konfransın identifikatoru: 914 894 0687
Kodu: amea2021
ELAN
Radiasiya Problemləri İnstitutu laboratoriyalar üzrə aşağıdakı vəzifələri tutmaq üçün müsabiqə elan edir:
1. “Radioekologiya” laboratoriyası
Baş elmi işçi – 1şt. vah
2. “Yarımkeçiricilərin radiasiya fizikası” laboratoriyası
Baş elmi işçi – 1şt. vah
3. “Radiokimya və radioprotektorlar” laboratoriyası
Aparıcı elmi işçi – 1şt. vah
4. “Ətraf mühitin radiasiya kimyası” laboratoriyası
Aparıcı elmi işçi – 1şt. vah
5. “Nizamsız bərk cisimlərin radiasiya fizikası” laboratoriyası
Aparıcı elmi işçi – 1şt. vah
Kiçik elmi işçi – 2şt. vah
6. “Enerjiqənaətedici radiasiya prosesləri” laboratoriyası
Böyük elmi işçi – 1şt. vah
Kiçik elmi işçi – 1şt. vah
7. “Radiobiologiya” laboratoriyası
Böyük elmi işçi – 1şt. vah
8. “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyası
Kiçik elmi işçi – 1şt. vah
9. “Polimerlərin radiasiya kimyası və texnologiyası” laboratoriyası
Kiçik elmi işçi – 2şt. vah
Müsabiqədə uyğun sahə üzrə ixtisaslı və təcrübəli mütəxəssislər iştirak edə bilər.
Sənədlər bu elan İnstitutun saytına yerləşdirildikdən sonra bir ay müddətində, aşağıdakı ünvana təqdim edilməlidir:
AZ-1143, Bakı şəhəri, Bəxtiyar Vahabzadə, 9;
Radiasiya Problemləri İnstitutu