İçindəki
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvləri
Abdullayev Mahmud Abdulla oğlu
Anadan olduğu yer: Azərbaycan Resrublikası, Gəncə şəhəri
Təvəllüdü: 30.06.1941
Təhsili: Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Elmi dərəcəsi: Kənd təsərrüfatı elmləri doktoru
Elmi rütbəsi: AMEA-nın müxbir üzvü
Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri: 06.01.03
- ixtisasın adı: “Torpaqşünaslıq”
- mövzunun adı: Azərbaycan SSR-nin torpaq-bitki örtüyündə 90Sr и 137Cs radionuklidlərinin davranış xüsusiyyətləri. Moskva, 1980.
Müxbir üzv seçildiyi tarix və ixtisasın adı: 26.04.2007, Torpaqşünaslıq
Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 57
Xaricdə çıxmış elmi əsərlərinin sayı: 26
Əsas elmi nailiyyətləri:
M.A.Abdullayevin elmi fəaliyyəti torpaq ehtiyatlarının öyrənilməsinin çox sahələrini əhatə edir. Belə ki, o süni və təbii radionuklidlərin Azərbaycanın torpaq-bitki sistemində yayılması və miqrasiyasına dair elmi-tədqiqat işləri aparmışdır. Mineral gübrələri müxtəlif normalarda tətbiq edərək, məhsuldarlığın artması ilə yanaşı, məhsulda süni və təbii radionuklidlərin toplanmasının xeyli miqdarda azalmasına nail olmuşdur. Onun tərəfindən stronsium-90 və sezium-137 radionuklidlərinin Azərbaycan torpaqlarında yayılmasını göstərən xəritələr tərtib edilmiş və onlar Azərbaycanın Ekoloji Atlasına daxil edilmişdir (Bax: Ekoloji Atlas, 2010).
Elmi əsərlərinin adları:
1. Stronsium-90 və sezium-137 Azərbaycanın torpaq-bitki örtüyündə. “Nauka” nəş., 1983. 101c.
2. Azərbaycan SSR-nin torpaq-bitki örtüyündə 90Sr və 137Cs radionuklidlərinin miqrasiyasının ümumi qanunauyğunluqları. Moskva, 1988. 28 s.
3. Süni və təbii radionuklidlər Azərbaycanın torpaq-bitki örtüyündə. Moskva, “Aqrarnaya nauka” nəş., 1996. 159 C.
4. Longliving natural radionuclides in soil plants of the Azerbaijan SSR. Akademiai Kiado, Budapest, 1987, vol. 2.
Pedaqoji fəaliyyəti:
Bakı Dövlət və Azərbaycan (Gəncə) Aqrar Universitetlərində bakalavr və magistr səviyyələrində Dövlət imtahanlarının və Diplom müdafiələrinin təşrkili və keçirilməsi üzrə fəaliyyət.
Digər fəaliyyəti:
AMEA-nın Aqrar Bölməsi akademik-katibinin müavini
Təltif və mükafatlar:
Azərbaycanda torpaqşünaslıq və radiasiya elmlərinin inkişafı sahəsində xidmətlərinə görə AMEA RH-nin Fəxri Fərmanı.
İş yeri və ünvanı:
AMEA-nın Radiasiya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç.,9
Vəzifəsi:
Radioekologiya laboratoriyasının müdiri
Xidməti tel: (+994 12) 5102681
Mobil tel: (+994 50) 3706314
Ev tel.: (+994 12) 5612790
Faks: (+994 12) 5398318
E-mail: mahmud.su@mail.ru