RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elmlər doktorları

Mirzəyev Mətləb Nəbi oğlu

Matlab Mirzayev

Anadan olduğu yer: Azərbaycan Respublikası, Lerik rayonu, Şingədulan kəndi

Təvəllüdü: 13.07.1983

Təhsili: Bakı Dövlət Universiteti, Fizika fakultəsi

Elmi dərəcəsi: Fizika elmləri doktoru

Elmi rütbəsi: Dosent

Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri: 2225.01
- ixtisasın adı: Radiasiya materialşünaslığı
- mövzunun adı: Bor əsaslı birləşmələrin struktur çevrilmələrinə və termofiziki xassələrinə ağır ion, neytron və ionlaşdırıcı şüaların təsiri

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 105
- xaricdə çıxmış elmi əsərlərinin sayı: 74
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 74

Əsas elmi nailiyyətləri:
1. 1 MeV enerjili sürətli neytron seli B2O3 kristallarının aktiv səthi tərəfindən tutulan su molekulları ilə qarşılıqlı təsiri nəticəsində sərbəst OH funksional qrupları yaradır. Neytron selinin maksimum 1.0×1015 n/sm2 qiymətində B-OH hidroksid qrupları B2O3 kristallarının səthində anion və kation halda mövcuddur, neytron selinin qiymətindən asılı olmayaraq kristalın səthində formalaşan və yeni qrupların qüvvə sabitləri B-O rabitəsi üçün 24.2-126.0 N/kq, B-OH qarşılıqlı təsiri üçün 67.2-376.1 N/kq və sərbəst OH qrupları üçün 75.4-125.8 N/kq müəyyən edilmişdir.
2. Sürətli neytron selinin təsiri altında B2O3 kristallarında B-O kimyəvi rabitələrin qırılması hesabına lokal amorflaşma prosesi baş verir və kristallik ölçünün qiymətində 90 nm-dən 138 nm-ə qədər artma aşkar olunmuşdur.
3. 4.0×1012 n/sm2, 8.0×1012 n/sm2, 1.3×1013 n/sm2 4.0×1014 n/sm2 və 1.0×1015 n/sm2 neytron seli ilə şüalanmadan sonra 100≤T≤800 K temperatur intervalında B2O3 kristalında müşahidə olunan dublet effektlərin enerjisi 376 C/q, B2O3↔ НВО2↔B(OH)3 mexanizmilə baş verən faza keçidinin enerjisi 265 C/q təyin olunmuşdur. Müəyyən olunmuşdur ki, 100≤T≤800 K temperatur intervalında şüalanmamış B2O3 kristal üçün entalpiyanın qiyməti 118.095 C/q, müxtəlif neytron seli ilə şüalandırdıqda entolpiyanın qiyməti 201.028 C/q qədər artır.
4. Müxtəlif intensivlikli neytron seli ilə şüalandırılmış bor nitrid kristalında 300≤T≤1300 K temperatur intervalında Viqner enerjisinin qiymətləri 95.8 C/q, 93.89 C/q və 1002 K-də 94.49 C/q müəyyən olunmuşdur. 1.0×1015 n/sm2 neytron selində bor nitrid kristalında mərkəzi piki 969 K-də formalaşan effektin enerji üçün 373.609 C/q müəyyən edilmişdir.
5. Elektron selinin intensivliyindən asılı olaraq B4C və B6Si kristalları üçün xüsusi istilik tutumunun qiyməti temperaturun aşağı və yüksək oblastında müəyyən olunmuş və riyazi tənlikləri alınmışdır. 120 K-də B4C kristalında istilik keçiriciliyinin qiyməti 0.0247 Vt/sm×K, maksimum elektron selində şüalanmadan sonra istilik keçiriciliyinin qiymət 0.0240 Vt/sm×K, B6Si kristalının 120 K-də istilik keçiricilyinin qiyməti 0.0175 Vt/sm×K, 1.03×1018 sm2 elektron selində 0.009 Vt/sm×K təyin olunmuşdur. B4C kristalının termik diffuziyası 100-300 K temperatur aralığında 0.791-0.806 sm2/san, elektron selindən asılı olaraq 0.808 sm2/san qədər artır. B6Si kristalları üçün göstərilən temperatur aralığında termik difuziyyanın qiymətinin 0.591 sm2/san müəyyən olunmuşdur.
6. 167 MeV enerjili sürətli ağır 132Xe26+ ionlarının təsiri altında B2O3, B4C, B6Si və BN kristallarının səth morfologiyasında nano ölçülü iynə formalı deşiklərin formalaşması müşahidə olunmuş və deşiklərin ölçüləri 18-20 nm aralığında dəyişməsi müəyyən olunmuşdur. Kristalların səthində qabarmaların qarşılqlı birləşməsi və böyümə sürəti təyin olunmuşdur. Ağır ionlarla şüalanmış kristallarda qabarmaların ölçüsü şüalanmamış kristallardan 2.2 dəfə böyük olması aşkar olunmuşdur. Ağır ionların B4C hədəf kristalı ilə qarşılqlı təsiri zamanı elektron-fonon əmsalının qiyməti 8.1×1012 Vt/(sm3×K), elektron-fanon qarşılqlı təsirin istilik sahəsi 4.05×1012 Vt/(sm3×K), radial enerji paylanma parametri 2.8 nm olması müəyyən olunmuşdur.
7. 167 MeV enerjili sürətli ağır 132Xe26+ ionlarla şüalandırılmış BN və B2O3 kristallarında 100≤T≤300 K temperatur aralığında xüsusi istilik tutumunun qiyməti 0.0053 C/K×q, həmin temperatu aralığında B4C kristalı üçün xüsusi istilik tutumunun qiyməti BN və B2O3 kristallarının qiymətindən 3.59 dəfə və B6Si kristalı üçün 4.42 dəfə çox olması müəyyən edilmişdir.
8. 167 MeV enerjili sürətli ağır 132Xe26+ ionları ilə şüalandırılmış B4C kristalında 100≤T≤300 K temperatur intervalında termodiffuziyanın qiyməti 1.19 dəfə, B6Si kristalında 1.45 dəfə artır. 167 MeV enerjili 132Xe26+ ionları şüalanmadan sonra B2O3 kristalında 100≤T≤700 K temperatur intervalında istilik tutumu və termodinamik funksiyalar zəyif sürətlə artma qanunauyğunluquna tabe olduğu müəyyən olunmuşdur.
9. Müxtəlif udulma dozalı qamma-kvantlarla şüalandırılmış B4C, B6Si və BN kristallarının səth morfologiyasında 15-22 nm ölçülü lokal amorflaşma izləri müəyyən olunmuşdur. Kimyəvi tərkibin elementə görə xəritələnmə analizi əsasında qamma-kvantlarla şüalandırılmış B4C, B6Si və BN kristallarında B, C, Si, və N atomlarının qeyri bircins paylanması və 1.4% oksigenin olması aşkar edilmişdir.
10. Bor karbid kristalının udulma spektrlərində aktivləşmə enerjisi 1.89 eV olan F, enerjisi 0.1 eV olan iki M rəng mərkəzləri aşkar edilmişdir. Qamma şüalanma dozasının artması ilə yeni F+ rəng mərkəzlərinin formalaşması müəyyən olunmuşdur. Qamma kvantlarla şüalanmış B4C və B6Si kristallarında oksidləşmənin kritik temperaturu 970 °C, yüksək temperaturlarda kristalların səthində maye B2O3 təbəqəsinin və SiO2 amorf kristallarının formalaşması müəyyən olunmuşdur. Şüalanmamış kristallarda oksidləşmə dərəcəsi 3.5 %, şüalandırılmış kristallarda 8.2 % qədər artır. Səthdə yaran oksidləşmə dərinliyi şüalanmanın udulma dozası və temperaturdan asılı olaraq 60 nm olması müəyyən olunmuşdur.

İş yeri və ünvanı:
AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, AZ1143, B.Vahabzadə küç., 9, Bakı şəhəri, Azərbaycan Respublikası

Vəzifəsi: Aparıcı elmi işçi

Tel.: (+994 12) 5393391
Elektron poçtu: matlabmirzayev@mail.ru