RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elmlər doktorları

Ağayev Teymur Nemətulla oğlu

Ağayev Teymur Nemətulla oğlu

Anadan olduğu yer: Azərbaycan Respublikası, İsmayıllı rayonu, Buynuz kəndi

Təvəllüdü: 05.02.1961

Təhsili: D.İ. Mendeleyev adına Moskva Kimya Texnologiyası İnstitutu

Elmi dərəcəsi: Kimya elmləri doktoru

Elmi rütbəsi: Professor

Namizədlik (PhD) dissertasiyasının mövzusu:
- ixtisas şifri: 02.00.15; 02.00.09
- ixtisasın adı: Kimyəvi kinetika və kataliz; Radiasiya kimyası
- mövzunun adı: Alüminium akseptor mərkəzlərin suyun radiasiya-katalitik parçalanmasında rolu

Doktorluq dissertasiyasının mövzusu:
- ixtisas şifri: 2305.01
- ixtisasın adı: Nüvə kimyası
- mövzunun adı: Su və karbohidrogen sistemlərindən hidrogenin radiasiya-katalitik alınması prosesləri və konstruksion materialların onların kinetik parametrlərinə təsiri

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı: 177
- xaricdə çıxmış elmi əsərlərinin sayı: 106
- beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 55

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2

Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı: 6

Əsas elmi nailiyyətləri:
    Bir və ikikomponentli (nano-ZrO2–nano-SiO2 və s.) binar sistemlərinin radiasiya-katalitik və səthi fiziki-kimyəvi xassələrinə ikinci komponentin təsiri haqqında son illərin ədəbiyyat materiallarında məlumat demək olar ki, yoxdur. Ona görə də komponentlər arasında qarşılıqlı təsir nəticəsində radiasiya-katalitik xassələrinin tədqiqi məqsədi ilə nano-ZrO2+nano-SiO2 sistemində komponent nisbətindən asılı olaraq suyun heterogen radiolizi zamanı hidrogenin əmələgəlmə prosesinin kinetikası və mexanizminin öyrənilməsi olunmuşdur.
   n-ZrO2+n-SiO2 sisteminin səthində müxtəlif temperaturlarda (T=373÷673K) suyun parçalanması prosesləri nəticəsində molekulyar hidrogenin əmələgəlmə kinetika və mexanizmi öyrənilmişdir. Qamma şüaların və temperaturun birgə təsiri ilə n-ZrO2+n-SiO2 sisteminin səthində suyun parçalanması nəticəsində molekulyar hidrogenin yüksək çıxımları müşahidə olunmuşdur. Müəyyən olunmuşdur ki, müşahidə olunan yüksək çıxımlar n-ZrO2-in yüksək katalitik aktivliyə malik olması, n-ZrO2-in səthində suyun parçalanması proseslərində effektiv iştirak edən qeyri-tarazlı yük daşıyıcılarının və n-ZrO2-dən ikinci elektron şüalanması ilə əlaqədardır.
    Müəyyən olunmuşdur ki, n-ZrO2+n-SiO2 sistemində yeni fazanın yaranması hissəcik ölçülərinin artmasına səbəb olur, nəticədə həmin sistemin radiasiya-katalitik aktivliyinə təsir göstərir. n-ZrO2-in üzərinə n-SiO2-nin əlavə edilməsi nəticəsində n-ZrO2+n-SiO2 sisteminin radiasiya-katalitik aktivliyi azalır.
    Su molekullarının nano-ZrO2 səthində adsorbsiya olduğu nano-ZrO2+H2OS və nano-ZrO2-nin suda asılqan (H2O+n-ZrO2) vəziyyətli nano-ZrO2+H2OS sisteminə qamma-kvantların təsiri altında gedən radiasion-heterogen proseslərin molekulyar məhsulu olan hidrogenin əmələ gəlməsinin kinetik qanunauyğunluqları tədqiq olunub. Müəyyən edilib ki, nano-ZrO2-nin suda asılqan vəziyyətdə olduğu nano-ZrO2+H2O sistemində molekulyar hidrogenin əmələgəlmə sürəti (molekul/q-1•s-1) və 100 eV udulmuş qamma-şuaların enerjisinə düşən hidogenin (molekul/100eV) çıxımı adsorbsiya olunmuş vəziyyətlə ZrO2+H2O sisteminə nisbətən 6,0÷6,5 dəfə yüksəkdir. Bu isə onu göstərir ki, nano-ZrO2 su ilə əhatə olunduqda nano-ZrO2-də qamma kvantların təsiri altında yaranan enerji daşıyıcılarının (elektron, deşik, həyacanlanmış hallar-eksitonlar) həm səthi səviyyələrdə, həm də təmas mühitində su molekullarının radiolitik parçalanma proseslərini aparırlar. Suyun nano-ZrO2 iştirakı ilə radiolitik parçalanmasının həyata keçrilməsi üçün effektiv üsul kimi su+asılqan nano-ZrO2 sistemi təklif oluna bilər.
    Nano-ZrO2-nin iştirakı ilə suyun radiasion, radiasion-termik və termik parçalanma proseslərinin mexanizimləri aşkar etmək üçün Furye-İQ spektroskopiya usulu ilə sistem tədqiq olunub. Nano-ZrO2-nin səthinə suyun həm molekulyar, həm də dissosiativ adsorbsiya lunması aşkar olunub. Müəyyən olunub ki, nano-ZrO2 iştirakı suyun parçalanması nəticəsində aralıq məhsullar kimi hidroksil (OH), H atomar hidrogen və sirkonium ilə qarşılıqlı təsirindən hidridlər (ZrH, ZrH2) və oksigen mənşəli (π-O22- və O22-) ion radikalları alınır. Səthi su örtüyünün OH qrupları və digər aralıq məhsullarının çıxımına temperaturun T=300÷673K oblastında təsiri mexanizimləri aşkar olunub.
    Nano-ZrO2-nin iştirakı ilə suyun radiasion-heterogen parçalanma proseslərində enerji daşıyıcı rolu oynayan qeyri-tarzalı yükdaşıyıcılarının rolunu aşkar etmək üçün nano-ZrO2 və nano-ZrO2+H2OS sistemlərində qamma-kvantların təsiri altında paramaqnit mərkəzlər, onların mənşəyi və alınma kinetikaları EPR metodu ilə tədqiq olunub. Müəyyən olunub ki, qamma-şüaların təsiri altında T=77K-də nano-ZrO2-də üç tip paramaqnit Zr+3,O2- -deşik və F-elektron mərkəzləri yaranır. Onlardan O2- -deşik və F-elektron mərkəzlər səthi səviyyələrdə, Zr+3 isə n-ZrO2 hissəciklərinin həcmində lokallaşırlar. Sistemin temperaturunun T=77K-dən 300K-nə qədər artırılması deşik və elektronların lokallaşma mərkəzləri baryerlərini aşaraq rekombinasiyaya uğrayırlar, Zr+3 mərkəzi isə həcmdə nisbətən stabil vəziyyətdə lokallaşırlar. Spektrdə O2- siqnalının yüksək sahədəki komponenti gxx=2,0024, F-mərkəzin g-faktorunun g=2,0023 qiyməti ilə üst-üstə düşdüyündən onların kinetik qanunauyğunluqları birgə tədqiq olunub və əmələgəlmə kinetik əyrisi əsasında qeyri-tarazlı yük daşıyıcılarının energetik çıxımı G(q.t.y.d.)=8,4 hissəcik/100eV təyin edilib.

Elmi əsərlərinin adları:
1. Garibov A.A., Gezalov Kh.B., Agayev T.N., Gasumov R.D.. Radiation induced heterogeneous reaction in BeO+H2O using EPR. J.Radiat. Phys. 1987, №3, V.30, p.197-199.
2. Гарибов А.А., Агаев Т.Н., Руфуллаев Р.М., Велибекова Г.З.. Радиационно-термокаталитические процессы получения водорода из смеси СН42О. Вопросы атомной науки и техники. Сер. Ядерная техника и технология. 1989, вып. 2, с.29-31.
3. Гарибов А.А., Пармон В.Н., Агаев Т.Н., Касумов Р.Д.. Влияние полиморфных форм оксида и температуры на перенос энергии при радиационно-гетерогенных процессах в системе Al2+O3+H2O. Журнал химия высоких энергий, 1991, №2, т.52, с.105-109.
4. Гарибов А.А., Агаев Т.Н., Касумов Р.Д.. Влияние содержания алюминия на радиацинно-каталитическую активность алюмосликата в процессе получения водорода из воды. // Химия высоких энергий, 1991, т.25, №5, с.409-413.
5. Гарибов А.А., Ходулев Л.Б., Агаев Т.Н., Велибекова Г.З., Джафаров Я.Д.. Эффект радиации в гетерогенных процессах в контакте циркониевых материалов с водой.//Вопросы атомной науки и техники. Сер.Ядерная техника и технология, 1991, вып. 1, с.13-15.
6. Гарибов А.А.,Агаев Т.Н.,Велибекова Г.З., Джафаров Я.Д.. Радиационно-гетерогенные процессы в контакте алюминия с водой.Вопросы атомной науки и техники. Ж. Химия высоких энергий, 1992, т. 26, №2, с. 235-238.
7. Гарибов А.А., Красноштанов В.Ф., Агаев Т.Н., Велибекова Г.З.. Эффек радиации в геторогенных процессах в контакте циркония и сплава Zr+1%Nb с водой. // Химия высоких энергий, 1992, т.26, №3, с.13-15.
8. Garibov A.A., Agayev T.N., Velibekova G.Z.. Effect of degree of order of silicon dioxide on localization processes of non-equilibrium charge carries under the influence of gamma-radiation; J.Radiation Physics and Chemistry, 1999, 54, p.131-134.
9. Гарибов А.А., Эюбов. К.Т., Агаев Т.Н.. Жидкофазный радиолиз систем вода -n- гексан.//Химия высоких энергий, 2004, т.38, №5, стр. 334-336.
10. Agayev T.N., Gasimova U.M., Velibekova G.Z. Radiation-induced changes in stainless steel at long–therm irradiation.//J. High Temperature Corrosion, 2007, №3, p. 311-314.
11. Агаев Т.Н.. Эффект воздействия радиации на предварительно радиационно - окислительно обработанную нержавеющую сталь.//Металловедение и термическая обработка металлов, Москва, 2009, № 1, с.49-52.
12. Агаев Т.Н.. Вклад радиационно-гетерогенных процессов в водородную безопасность водоохлаждаемых ядерных реакторов//Вопросы Атомной Науки и Техники. Серия: «Физика радиационных повреждений и радиационное материаловедение», 2009 №4. с. 202-205.
13. Agayev T.N.. Mathematical modeling of processes of radiolysis of water, hexane and water-hexane mixture // Вопросы Атомной Науки и Техники. 2013, №5. с.43-47.
14. Hashemi M.Y., Garibov A.A., Agayev T.N.. Effect of gamma radiation on oxidation of electroless Ni-P deposited on stainless steel st. 304 //J. Surface Engineering and Applied Electrochemstry, 2014, №1, V. 50, p. 38-42.
15. Ghahramani M.R., Garibov A.A., Agayev T.N.. Production and qualityu control of radioactive yttrium microspheres for medical applications//J.Applied radiation and Isotopes, 2014, №1, V. 85, p. 87-91.
16. Гарибов А.А., Агаев Т.Н., Г.Т. Иманова, С.З. Меликова, Н.Н. Гаджиева. Изучение радиационно-термического разложения воды на нано-ZrO2 методом ИК спектроскопии// Ж. Химия высоких энергий, 2014, №3, т.48, с.1-5.
17. Гарибов А.А., Агаев Т.Н.. Радиационно-гетерогенные процессы в контакте нержавеющей стали с морской водой. // Ж. Физхикохимия поверхности и защита материалов, 2014, №4, т.50, с. 1-6.
18. Гарибов А.А., Агаев Т.Н., Мирзоев М.Н., Алиев С.М. Гетерогенный радиолиз воды в присутствии уранил-силиката. // Ж. Физхикохимия поверхности и защита материалов, 2015, №4, т.51, с. 351-356.
19. Гарибов А.А., Агаев Т.Н., Иманова Г.Т., Эюбов К.Т., Кинетика радиационного и термокаталитического разложения воды в присутствии нанодиоксида циркония. // Ж. Вопросы атомной науки и техники 2015, №5 (99), с. 48-52.
20. Агаев Т.Н., Менсимоа З.А., Меликова С.З. Гетерогенный радиолиз воды в присутствии радий-силиката // Вопросы атомной науки и техники: Сер «Физика радиационных повреждений и радиационное повреждение», 2016, №4, с.26-31
21. Гарибов А.А., Агаев Т.Н., Алиев А.Г., Исмайлов Ш.С., Эюбов К.Т., Образование защитного слоя на поверхности радиационно-обработанных образцов циркония // Упрочняющие технологии и покрытия, 2016, №1, с. 38-42
22. Agayev T.N., Faradj-zadeh I.A., Aliyev A.G., Eyubov K.T., Aliyev S.M. Regularities radiation and heterogeneous processes in contact of Zr and Zr1%Nb alloy with water // Problems of atomic science and technology, series «Physics of radiation effect and radiation materials science», 2017, №2 (108), pp.63-69
23. Гарибов А.А., Агаев Т.Н., Меликова С.З., Иманова Г.Т., Фараджзаде И.А., Радиационно-каталитические свойства систем n-ZrO2+n-Al2O3 в процессе получения водорода из воды // Ж. Российские нанотехнологии, 2017, v.12, N 5-6, с.22-26
24. Гарибов А.А., Агаев Т.Н., Меликова С.З., Иманова Г.Т., Радиационно-гетерогенные процессы разложения воды в присутствии смесей наночастиц диоксидов кремния и циркония // Ж. Химия высокий энергий, 2018, v.52, №2, с. 129-134
25. Гаджиева Н.Н., Агаев Т.Н., Меликова С.З., ИК-Фурье- спектроскопическое исследование систем систем н- ZrO2+н-SiO2+H2O под действием гамма- излучения // Журнал прикладной спектроскопии, март-апрель 2018, Т.85, №2, с.351-354
26. Agayev T.N., Gadzhieva N.N., Melikova S.Z., Imanova G.T., Faradzh-zade I.A., An IR spectroscopic study of the effect of gamma radiation on the n-ZrO2+n-SiO2+H2O systems // Protection of metals and physical chemistry of surfaces, 2018, v.54, №5, p. 813-816

Təltif və mükafatları:
AMEA-nın 70 illiyi ilə əlaqədar Fəxri Fərman

İş yeri və ünvanı:
AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, AZ1143, B.Vahabzadə küç., 9, Bakı şəhəri, Azərbaycan Respublikası

Vəzifəsi: Laboratoriya rəhbəri

Xidməti tel: (+994 12) 5383224; (+994 12) 5393389
Mobil tel: (+994 50) 3575153
Ev tel: (+994 12) 5391426
Faks: (+994 12) 5398318
Elektron poçtu: agayevteymur@rambler.ru