RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Elmlər doktorları

Cəfərov Elimxan Suleyman oğlu

Cəfərov ElimxanAnadan olduğu yer: Erm. SSR Kalinino r-nun Soyuqbulaq kəndi

Təvəllüdü: 09.04.1955

Təhsili: S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti, Fizika fakültəsi

Elmi dərəcəsi: Biologiya elmləri doktoru

Elmi rütbəsi: Professor

Namizədlik dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu:
01.04.17 – "Kimyəvi fizika"
İnsan zərdabı albuminində struktur çevrilmələri

Doktorluq dissertasiyasının ixtisas şifri, ixtisasın adı və mövzusu:
03.00.02 – "Biofizika"
Tritiumla nişanlama metodunun nəticələri əsasında insan zərdabı albumininin fəza quruluşu

Çapdan çıxmış elmi əsərlərinin ümumi sayı: 179 (81 məqalə, 3 monoqrafiya, 3 dərs vəsaiti)

Xaricdə çıxmış elmi əsərlərin sayı: 69

Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı: 15

Müəlliflik şəhadətnamələrinin və patentlərin sayı: 2

Kadr hazırlığı:
- fəlsəfə doktorlarının sayı: 5
- elmlər doktorlarının sayı 1

Əsas elmi nailiyyətləri:
1. Qan plazmasının əsas zülallarından olan albuminin fəza quruluşunun tədqiqi ilə məşğul olmuş və tritiumla nişanlama metodunun köməyi ilə, ilk dəfə olaraq, molekulun səth sahəsini, polipeptid zəncirin bükülmə və molekulun səthinin kələ - kötürlük əmsallarını müəyyən etmişdir. Həmçinin zülal molekulunun səthində “hidrofob ciblərin” olması ideyasının ilk dəfə təcrübi təsdiqini verə bilmiş, makromolekulu intakt domenlərə bölməklə, həm domenlərarası əraziləri tətqiq etmiş, həm də riyazi hesablama yolu ilə molekulu təşkil edən domenlərin sayını müəyyənləşdirmişdir.
2. Abşeron yarımadasının radionuklidlərlə lokal çirklənmə zonalarından birində (Romanı yod zavodunun ərazisində) radionuklidlərin keyfiyyət və kəmiyyət tərkibini müəyyənləşdirmiş, onların həm torpağın ayrı-ayrı profilləri üzrə, həm də üfiqi müstəvidə yayılma qanunauyğunluqlarını öyrənmişdir. Ərazini çirkləndirən radionuklidlərin həm “torpaq - bitki” zənciri üzrə miqrasiya, həm də ayrı-ayrı bitki orqanlarında toplanma xüsusiyyətlərini tədqiq etmişdir. Həmçinin də ərazini çirkləndirən radionuklidlərin yaratdığı ionlaşdırıcı şüalanmanın xroniki təsir şəraitində yabanı halda formalaşmış ot bitkilərinin biomorfoloji və reproduktivlik xüsusiyyətlərinə, bu şəraitə həssas olan fotosintez prosesinə və bitkilərin antioksidant müdafiə sisteminin fəaliyyətinə təsirini tədqiq etmişdir.
3. Toxumları səpindən əvvəl müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış lobya, badımcan, xiyar və pomidor bitkilərinin həm özlərində, həm də onların birinci nəslində ionlaşdırıcı şüalanmanın bitkilərin boyatma və inkişafına təsirini, radiasiya stresi şəraitində yaranan oksigenin aktiv formalarının bitki yarpaqlarında törətdiyi lipidlərin perekis oksidləşmə məhsulu olan malondialdehidinin (MDA-nın) və oksigenin aktiv formaları ücün "tələ" rolunu oynayan antioksidant prolinin miqdarlarının şüalanma dozasından asılı dəyişmə dinamikasını, ionlaşdırıcı şüalanmanın müxtəlif dozalarda bitkilərin antioksidant müdafiə sisteminin fəaliyyətinə təsirini askorbatperoksidaza (APO), katalaza (KAT) və superoksiddismutaza (SOD) kimi antioksidant fermentlərinin aktivliklərinin təyini əsasında tədqiq etmişdir.
    Müəyyən etmişdir ki, tədqiq olunan bitkilərin birinci nəsil meyvələrinin biometrik ölçülərində, həm valideyn, həm də kontrol meyvələrlə müqayisədə aşkar fərqlər mövcuddur, şüalanma dozasının artması ilə membran lipidləri daha çox “dağıntıya” məruz qalır ki, bunun da məntiqi nəticəsi kimi MDA -nın miqdarı artır, prolinin miqdarında şüalanma dozasından asılı dəyişmə baş verir, radiasiya stresi şəraitində prolinlə yanaşı, antioksidant müdafiə sisteminin SOD, KAT və APO kimi antioksidant fermentləri də bitkilərin ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə olunmasında fəal iştirak edir, radioaktiv şüalanmanın törətdiyi ilkin zədələnmələr yalnız xüsusi hallarda sonrakı nəsildə də saxlanılır.
Alınmış nəticələrə əsaslanmaqla, həmçinin də müəyyən etmişdir ki, kiçik doza oblastında udulma dozasının artması oksigenin aktiv formalarının yaranmasını intensivləşdirir və nəticədə hüceyrə membranları daha böyük miqyaslı dağıntılara məruz qalır. Belə şəraitdə bitkilərin antioksidant mühafizə sisteminin fəaliyyəti prolin kimi antioksidantların sintezini sürətləndirməklə yanaşı, həm də antioksidant fermentlərin fəallaşmasına səbəb olur. Böyük doza oblastında isə dağıdıcı təsir lipidlərlə yanaşı, həm də bioloji makromolekulların özlərini əhatə edir.
4. Bitkilərin bəzi hallarda eyni zamanda bir neçə ekstremal ətraf mühit amilinin təsiri şəraitində yetişdiyini və belə təsirlərin mədəni bitkilərin məhsuldarlığının, yabanı bitkilərin biomüxtəlifliyinin azalmasına səbəb ola bilməsini nəzərə alınaraq, toxumları səpindən əvvəl müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış bəzi dənli bitkilərin (noxud, lobya, qarğıdalı) müxtəlif konsentrasiyalı NaCl məhlulunda boyatma və inkişafını öyrənilmiş, ikili stress şəraitində fotosintez prosesinə xlorofil sintezi və karotinoidlərin miqdar dəyişmələri əsasında müəyyən aydınlıq gətirmişdir. İkili stress şəraitində oksigenin aktiv formalarının (o cümlədən, sərbəst radikalların) hüceyrə membranlarında yaratdığı “dağıntıların” miqyasını müəyyənləşdirmək üçün membran lipidlərinin perekis oksidləşməsi reaksiyasının əsas məhsullarından olan malondialdehidinin (MDA -nın), ümumi zülalın şüalanma dozasından və NaCl -un konsentrasiyasından asılı dəyişmə dinamikasını öyrənmişdir. Radiasiya və duz streslərinin ayrılıqda və birgə təsiri şəraitlərində noxud, lobya, qarğıdalı bitkilərinin antioksidant müdafiə sisteminin fəaliyyəti bu sistemin prolin, karotinoidlər, antosianlar və flavonoidlər kimi kiçikmolekullu antioksidantların miqdarının və SOD, KAT və APO kimi antioksidant fermentlərinin aktivliklərinin şüalanma dozasından və NaCl -un konsentrasiyasından asılı dəyişmə dinamikası əsasında qiymətləndirmişdir.
    Müəyyən etmişdir ki, noxud və qarğıdalı bitkiləri üçün:
- həm toxumları səpindən əvvəl müxtəlif dozalarda γ-şüalanmanın təsirinə məruz qalmış, həm də müxtəlif konsentrasiyalı NaCl məhlulunda yetişən noxud və qarğıdalı bitkilərinin stres şəraitlərində boyatma və inkişafında şüalanma dozasından və NaCl -un konsentrasiyasından aşkar asılılıq mövcuddur;
- belə şəraitlərdə bitkinin antioksidant müdafiə sistemi fəallaşır və bu fəallaşmada adı çəkilən sistemin həm antioksidant fermentləri, həm də kiçikmolekullu antioksidantları iştirak edir;
- şüalanma dozasının artması antioksidant fermentlərin aktivliklərinin dəyişməsinə səbəb olur. Bu dəyişmələr NaCl -un müxtəlif konsentrasiyalarında müxtəlif olur. Belə ki, 1, 5 və 10 mM konsentrasiyalı NaCl mühitində SOD -un aktivliyinin azalması, KAT və APO -nun aktivliklərinin isə, kiçik kənaraçıxmaları nəzərə almasaq, artması müşahidə olunur. Duzun konsentrasiyası 50 və 100 mM -a bərabər olan hallarda isə, əksinə, KAT və APO -nun aktivliklərinin azalması, SOD –un aktivliyinin artması fonunda baş verir, yəni stress şəraitlərdə antioksidant fermentlər, müəyyən mənada balanslaşmış fəaliyyət nümayiş etdirir;
- stress şəraitlərdə AMOS -un fəaliyyəti şüalanma dozasının artması ilə stress zülalların sintezinin sürətlənməsinə səbəb olur və yüksək şüalanma dozalarında müşahidə olunan artma tendensiyası yüksək konsentrasiyalı duz mühitində daha iri miqyaslı olur;
- oxşar formada dəyişmə dinamikası karotinoidlər üçün də xarakterikdir. Belə ki, həm şüalanma dozasının, həm də duz konsentrasiyasının artması bu piqmentlərin miqdarının artması ilə nəticələnir. Hesab olunur ki, radiasiya və duz streslərinin birgə təsiri şəraitlərində karotinoidlərin miqdarının artması bitki hüceyrələrinin stress şəraitə adaptiv cavab reaksiyasıdır;
- karotinoidlərdən fərqli olaraq, antosianlara aşağı doza oblastında artma, yuxarı doza oblastında isə, əksinə, azalma tendensiyası xarakterikdir. Bu formada dəyişmə dinamikası NaCl -un, demək olar ki, bütün konsentrasiyalarında saxlanılır. Sadəcə olaraq, kiçik duz konsentrasiyalarında bu dəyişmə dik rezonans xarakter daşıyır;
- yaşıl piqmentlərə dair aldığımız nəticələrdən diqqəti daha çox cəlb edən tədqiq olunan bitkinin Xl b ilə müqayisədə daha yüksək Xl a tərkibinə malik olmasıdır. Şüalanma dozasından və duz konsentrasiyasının asılı dəyişmə dinamikasına gəldikdə isə, aydın olur ki, NaCl -un aşağı konsentrasiyalarında şüalanma dozasının artması Xl a -nın nəzərəçarpacaq, Xl b -nin isə cüzi artmasına səbəb olur. Yüksək duz konsentrasiyalarında isə şüalanma dozasının artması yaşıl piqmentlərin miqdarında dəyişmələr yarada bilmir. Bitkilərin boyatma və inkişafının yaşıl piqmentlərin sintezi ilə üzvi surətdə bağlı olmasını nəzərə alaraq, hesab etmək olar ki, stress amillərin birgə təsiri stimullaşdırıcı deyil, daha çox ingibirləşdirici effekt yarada bilir;
- antioksidant fermentlər və kiçik molekullu antioksidantlarıpn əlaqəli, uzlaşmış fəaliyyəti bu bitkilərin stress amillərin zədələyici təsirindən effektiv mühafizəsini təmin edir;
- belə şəraitdə stress amillərin intensivliyindən asılı olaraq, bitkilərin antioksidant müdafiə sisteminin antioksidant fermentləri həm öz aralarında, həm də kiçik molekullu antioksidantlarla balanslaşmış, korrelyativ fəaliyyət göstərir ki, bu da onların stress amillərin zədələyici təsirindən mühafizəsini təmin edir. Hesab olunur ki, bitkilərdə belə şəraitlərə adaptiv-uyğunlaşma əlamətlərinin formalaşma mexanizminin detallarının müəyyənləşdirilməsi stress amillərinə yüksək rezistentlik göstərə bilən bitki növlərinin seçilməsi, bitkilərin stress amillərin təsirinə davamlılığının artırılması və bu proseslərin idarə oluna bilməsi yollarında geniş perspektivlər açır.
5. Тoxumların səpindən əvvəl 0.3, 0.5, 1, 1.5 və 2 kQr kimi yüksək dozalarda (sterilizasiya dozalarında) işlənməsinin kartof, lobya, badımcan, xiyar və pomidor bitkilərinin boyatma və inkişafına təsirini öyrənmiş, fotosintetik piqmentlərin miqdar dəyişmələri və kiçik və böyük molekullu antioksidantların dəyişmə dinamikası əsasında yüksək dozalı radioaktiv şüalanmanın fotosintez prosesinə və antioksidant müdafiə sisteminin fəaliyyətinə təsirini qiymətləndirmişdir.
    Müəyyən etmişdir ki:
- toxumların səpindən əvvəl qamma şüalarla işlənməsinin kartof üçün letal doza oblastı 0,3 – 2 kQr, lobya, xiyar və pomidor üçün 0,5 – 2 kQr, badımcan üçün isə 1 – 2 kQr -dir. Hesab olunur ki, 0.3 kQr və ondan böyük sterilizasiya dozaları mikroorqanizmlərin məhv edilməsi baxımından kartofun uzun müddətə saxlanılmasını təmin etsə də, bu dozalar kartof toxumlarının növbəti səpin üçün istifadəsini təmin edə bilmir;
- 0,3 kQr şüalanma dozası badımcanda xlorofil a və b -nın sintezini sürətləndirir, lobya və pomidorda bu piqmentlərin sintezinə, demək olar ki, təsir göstərmir, xiyarda isə xlorofil a -nın sintezini ingibirləşdirdiyi halda xlorofil b -nın sintezini sürətləndirir;
- toxumları səpindən əvvəl şüalanmamış bitkilərdən badımcan bitkisi daha çox, pomidor bitkisi ona nisbətən az, xiyar bitkisi ondan da az, lobya bitkisi isə ən az miqdarda MDA -ya malik olur;
- toxumları səpindən əvvəl qamma şüalarla işlənməmiş kontrol bitkilərdən lobya və badımcan təxminən eyni miqdarda və nisbətən daha çox zülal tərkibinə malik olur və toxumların səpindən əvvəl qamma şüalarla işlənməsi zülal tərkibini əhəmiyyətli dərəcədə dəyişdirə bilmir;
- karotinoidlərin miqdarı pomidorun kontrol nümunəsində daha çox, lobyanın kontrol nümunəsində isə daha az olur. Karotinoidlərin miqdarının lobya və pomidor bitkilərinin toxumlarının radioaktiv şüalarla işlənməsi prosesində artması müşahidə olunur. Toxumların səpindən əvvəl radioaktiv şüalarla işlənməsi xiyarda bu piqmentlərin miqdarını dəyişdirə bilmir, badımcanda isə şüalanma dozasının artması sarı piqmentlərin miqdarının əvvəlcə kiçik, sonra isə kəskin azalmasına səbəb olur;
- toxumların 0,3 kQr dozada radioaktivv şüalarla işlənməsi bütün bitkilərdə həm antosian, həm də ptolin sintezinə stimullaşdırıcı təsir göstərir;
- xiyar bitkisinin kontrol nümunəsi yüksək APO və KAT aktivliyinə malik olur və tədqiq olunan bitkilərin hamısında toxumların şüalanması ferment aktivliyini azaldır;
- tədqiq olunan bitkilərin həm kontrol, həm də təcrübə nümunələri APO və KAT -a görə oxşar formada aktivlik nümayiş etdirir, başqa sözlə desək, bu fermentlər antioksidant müdafiə sisteminin fəaliyyətində oxşar formada rola malik olurlar;
- kiçik APO və KAT aktivliklərinə malik olan lobya, pomidor və badımcan yüksək SOD aktivliyinə, böyük APO və KAT aktivliklərinə malik olan xiyar isə kiçik SOD aktivliyinə malik olur. Başqa sözlə, antioksidant fermentlər bitkilərdə müəyyən mənada balanslaşmış fəaliyyət göstərirlər.

Elmi əsərlərinin adları:
1. Э.С. Джафаров, Л.А. Алиев, А.В. Волынская, Ю.М. Румянцев, А.В. Шишков. Новый «экспрессный» метод получения меченного тритием сывороточного альбумина человека. Изв. АН Азерб. ССР, Серия биол. наук, 1984, № 5, с. 112-116.
2. Э.С. Джафаров, Л.А. Алиев, А.Ю. Скрипкин, А.В. Волынская, А.В. Шишков, Л.А. Баратова, В.И. Гольданский. Исследование пространственной структуры сывороточного альбумина человека методом тотальной тритиевой метки. Изв. АН Азерб. ССР, Серия биол. наук, 1985, № 3, с. 102-110.
3. А.В. Волынская, А.Ю. Скрипкин, Э.С. Джафаров, Ю.М. Румянцев, А.В. Шишков, В.И. Гольданский. Определение доступной поверхности молекул лизоцима и сывороточного альбумина человека методом тритиевой метки. Молек. биол., (Москва), 1985, т. 19, с. 1294-1300.
4. Э.С. Джафаров, Л.А. Алиев. Влияние 8 М мочевины на структуру сывороточного альбумина человека. Исследование методом тритиевой метки. Изв. АН Азерб. ССР, Серия биол. наук, 1988, № 5, с. 32-36.
5. Э.С. Джафаров, Л.А. Алиев. Влияние ионогенных детергентов на структуру сывороточного альбумина человека. Исследование методом тритиевой метки. Изв. АН Азерб. ССР, Серия биол. наук, 1988, № 6, с. 24-30.
6. Э.С. Джафаров, Алиев Л.А. Структура и конформационные особенности сывороточного альбумина. Баку, Изд-во «Элм», 1990, 204 c.
7. Э.С. Джафаров. Зависящие от рН конформационные переходы сывороточного альбумина человека. Исследование методом тритиевой метки. Молек. биол., (Москва), 1991, т. 25, вып. 5, с.1412-1417.
8. Э.С. Джафаров. Исследование структуры сывороточного альбумина человека, свободного от жирных кислот, методом тритиевой метки. Молек. биол., (Москва), 1992, т. 26, вып. 1, с. 168-172.
9. Э.С. Джафаров, Л.А. Алиев. Протеолитическое расщепление сывороточного альбумина человека, меченого тритием. Изв. АН Азерб., Серия биол. наук, 1996, № 1-6, с. 127-131.
10. E.S. Dzhafarov. Study of interfaces of between subunits of human serum albumin by tritium labeling method. Turkish J. of Biology, 2000, v. 24, p.345-351.
11. Э.С. Джафаров, Л.А. Алиев. Исследование внутримолекулярной упаковки молекулы сывороточного альбумина человека методом тритиевой метки. Изв.АН Азерб., Серия биол. наук, 2000, №1-3, с. 21-27.
12. Э.С.Джафаров. Исследование структурных изомеризаций сывороточного альбумина человека, вызываемыx ионами водорода, методом тритиевой метки. Докл. АН Азерб., 2000, №4-6, с. 193-200.
13. Э.С.Джафаров. Исследование структурной организации молекул сывороточного альбумина человека методом тритиевой метки. Изв. АН Азерб., Серия биол. наук, 2001, № 1-3, с. 32-41.
14. Э.С. Джафаров. Доступные поверхности N- и С- концевых больших фрагментов сывороточного альбумина человека при рН 3,5. Исследование методом тритиевой метки. Изв. АН Азерб., Серия биол. наук, 2001, № 4-6, с. 36-41.
15. Э.С. Джафаров. Исследование механизма кислотной структурной изомеризации сывороточного альбумина человека на основе его больших фрагментов. Докл. НАН Азербайджана, 2002, № 3-4, с. 178-187.
16. Джафаров Э.С. Исследование доменной структуры макромолекул радиоизотопным методом. Проблемы энергетики, 2003, №-3, с. 51 – 56.
17. Э.С. Джафаров. Конформационные особенности сывороточного альбумина человека на основе данных метода тритиевой метки. Изв. НАН Азерб., Серия биол. наук, 2003, №3-4, с.179-183.
18. E.S. Dzhafarov. Study of interfaces of between subunits of human serum albumin by tritium labeling method. Turkish J. of Biology, 2000, v. 24, p.345-351.
19. E.S. Cəfərov. İnsan zərdabı albumininin funksiyaları, quruluşu və konformasiya çevrilmələri. Bakı, «Elm» nəşriyyatı, 2003, 126 s.
20. E.S. Cəfərov, C.R. Orucova, A.K. Cəfərli. Kiçik dozalı γ-radiasiyanın dəvətikanı və qoşayarpaq bitkilərinin biomorfoloji, reproduktivlik və və rezistentlik xüsusiyyətlərinə təsirinin tədqiqi. «AMEA-nın Xəbərləri (Biologiya Elmləri) jurnalı, 2005, № 3-4, s. 168-173.
21. E.S. Cəfərov, C.R. Orucova. Kiçik dozalı ionlaşdırıcı şüalanmanın bitkilərin vegetasiya dövrünün müxtəlif mərhələlərində fotosintez prosesinə təsirinin tədqiqi. AMEA-nın Məruzələri, 2006, LXII cild, №5-6, s. 90-98.
22. Дж.Р. Оруджева, Э.С. Джафаров. Некоторые особенности распределения природных радионуклидов в разных органах растений, произрастающих в зоне повышенного радиационного фона. Радиационная биология и радиоэкология, 2007, т.47, №2, с.241-246 (Москва).
23. A. Jafarly, E. Dzhafarov. Research of the activity of Chlorophyllase in plants growing in the high radiation background zone. Radioprotection (Paris), Vol. 43, № 5 (2008), p.210
24. Э.С. Джафаров, А.К. Джафарлы. Исследование синтеза хлорофиллов на основе изучения активности ферментов антиоксидантной защиты растений. Вестник Ужгородского Национального Университета, 2010, вып.27, №1-4, стр.1-4.
25. Э.С. Джафаров, А.К. Джафарлы, Дж.R. Оруджева, Г.Г. Бабаев. Влияние повышенного радиационного фона на содержание фотосинтетических пигментов в листьях дикорастущих растений на территории Бакинского завода по производству йода. Вестник Украинского общества генетиков и селекционеров, 2012, том 10, №2, стр. 224-234 (Киев).
26. Э.С. Джафаров, Г.А. Годжаева, Г.Г. Бабаев, Дж.Р. Оруджева. Изменение содержания флавоноидов, каротиноидов и антоцианов ALHAGI PSEUDALHAGI (BIEB.) в условиях хронического облучения природных радионуклидов. Вестник Украинского общества генетиков и селекционеров, 2012, том 10, №2, стр. 214-223 (Киев).
27. Э.С. Джафаров, Г.А.Годжаева, А.К. Джафарлы, Г.Г. Бабаев, Дж.Р.Оруджева. Изменение содержания отдельных элементов антиоксидантной системы защиты Alhagi Pseudalhagi (BIEB.) в условиях хронического γ-облучения. Журнал «Вопросы радиационной безопасности», 2013, №3, стр. 12-24.
28. E.S. Cəfərov, A.K. Cəfərli. Yüksək radiasiya fonu şəraitində bitən dəvətikanı və qoşayarpaq bitkilərinin yaşıl yarpaqlarından ayrılmış toxumalarda xlorofillaza fermentinin aktivliyinin təyini. AMEA-nın Xəbərləri (Biologiya elmləri.), 2010 , cild 65, № 3-4, s.79-84.
29. G.Ə. Abdullayeva, E.S. Cəfərov, H.Q. Babayev, C.R. Orucova. İonlaşdırıcı şüalanmanın xroniki təsiri şəraitində dəvətikanı (Alhagi Pseudalhagi) bitkisinin yarpaq və çiçəklərində vegetasiyanın müxtəlif mərhələlərində antosian, karotinoid və flavonoid piqmentlərinin toplanması. AMEA-nın xəbərləri (Biologiya və tibb elmləri), 2012, cild 67, № 2, səh. 118-122.
30. E.S. Cəfərov, A.K. Cəfərli, G.Ə. Abdullayeva, C.R. Orucova, H.Q. Babayev, AMEA-nın müxbir üzvü A.A. Qəribov. Dəvətikanı bitkisinin inkişaf mərhələsindən asılı olaraq radioaktiv şüalanmanın müxtəlif dozalarda fotosintentetik piqmentlərin miqdarına təsirinin tədqiqi. AMEA-nın Məruzələri, 2012, №6, Cild LXVII, səh. 99-107.
31. E.S.Cəfərov. Fizika. Abituriyentlər üçün vəsait. Bakı, Elm. 2013. 298 səh.
32. Э.С. Джафаров, Г.А.Годжаева, А.К. Джафарлы, Г.Г. Бабаев, Дж.Р.Оруджева. Изменение содержания отдельных элементов антиоксидантной системы защиты Alhagi Pseudalhagi (BIEB.) в условиях хронического γ-облучения. Журнал «Вопросы радиационной безопасности», 2013, №3, стр. 12-24.
33. E.S. Cəfərov. Radiobiologiya. Bakı, Elm. 2014, 324 səh.
34. E.S. Jafarov, G.A. Gojayeva, A.K. Jafarli, H.G. Babayev. The Content of Nonenzymic Antioxidants in Different Organs Alhagi pseudalhagi Grown Under Conditions of Chronic γ-radiation. Inter. Journal of Plant Science and Ecology. 2015, Vol. 1, No. 4, pp. 162-166.
35. E.S. Jafarov, A.K. Jafarli, G.A. Gojayeva, H.G. Babayev. Antioxidant Responses of Alhagi pseudalhagi (Bieb.) in Conditions of Chronic γ-radiation Exposure at Different Development Plant Phases. Scientia Agriculturae. 2016, V.3, №2, pp. 85-92 (Journal Citation value (JCV): 3.58, RES B Impact factor: 0.84, Scientific Indexing Service Impact Factor: 0.989).
36. E.S. Jafarov, K.G. Qarayeva, H.G. Babayev and S.P. Hasanov. The Functioning of the Antioxidant Defense System in Two Generations of Solanum melongena L., the Seeds of which before Sowing were Subjected to γ-irradiation. International Journal of Current Microbiology and Applied Sciences (I J C M A S). 2016, Vol. 5 № 5, pp. 235-252 (Impact Factor - 2.015, CODEN (USA) - IJCMO9 Thomson Reuters Researcher ID: P – 1143 – 2015).
37. Караева К.Г., Джафаров Э.C. Исследование содержания малонового диальдегида в двух поколениях Solanum melongena l., семена которого перед первым посевом подверглись к воздействию γ-лучей при разных дозах. Евразийский Союз Ученых. Биологические науки. 2016. 6 (27), с.73 – 75 (Beynəlxalq indeksləri: The Asian Education Index, Index Copernicus International, Global Impact Factor (0.388 за 2015 г.), ISI (0.833 за 2015 г.), Open Academic Journal Index, Social Science Open Access Repository, Bielefeld Academic Search Engine, РИНЦ, Scientific indexing service, Cite Factor, Academic Resource, İndex Research Bib, Кибер Ленинка, Slide Share, IIJIF, JIFactor).
38. E.S. Jafarov, M.Z. Velijanova. Effect of salt stress on the content of photosynthetic pigments in the Pisum L. Seeds which before sowing is subjected to gamma radiation at different doses. J. of Radiation Reseatch. 2017, vol 2. № 4, p.80-86.
39. E.S. Jafarov, K.G. Garayeva. Determination of biometric parameters and malondialdehyde content in two generations of Cucumis sativus L., the seeds of which before the first seeding were subjected to gamma-irradiation in different dose. Applied Science Reports. 2018, V. 21, №3, p.79-83.
40. Abiyev H.A., Topchiyeva Sh.A., Jafarov E.S. The study influence of environmental pollutants on venom of snake Macrovipera lebetina obtusa. Ciência e Técnica Vitivinícola. 2018, V. 33, №3, p.85-96.

Respublika, beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü:
1. “Radiobiologiyanın müasir problemləri” üzrə Beynəlxalq Şüranın üzvü (Moskva ş.).
2. «Радиационная биология и радиоэкология» (Moskva ş.) jurnalının redaksiya şurasının üzvü

Pedaqoji fəaliyyəti:
1. 2009 – 2014-cü illərdə Sumqayıt Dövlət Universitetinin “Ekologiya və Təbiətdən İstifadə” kafedrasının professoru kimi müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
2. 2008 – 2010-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində saathesabı müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur.
3. 2016-cı ildən 0.5 ştat vahidi ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Hərbi Akademiyasının Elm və adyunktura şöbəsində professor – məsləhətçi vəzifəsində çalışır.

Təltif və mükafatları:
2005-ci və 2016-cı illərdə biologiya elmləri sahəsində xidmətinə görə AMEA-nın Rəyasət Heyətinin Fəxri Fərmanları ilə təltif olunmuşdur.

İş yeri və ünvanı:
AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu, AZ1143, Azərbaycan Respublikası, Bakı ş., B.Vahabzadə küç.,9

Vəzifəsi: Aparıcı elmi işçi

Xidməti tel: (+994 12) 5102681
Ev tel: (+994 12) 5450122
Mobil tel: (+994 50) 6344860

E-mail: e_dzhafarov@rambler.ru, elimkhan.jafarov@gmail.com