RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Əsas səhifə

[27.11.2023]

Radiasiya Problemləri İnstitutunda laboratoriya və şöbələrin illik hesabat iclasları

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın 20-27 noyabr tarixlərində keçirilmiş iclasları 2023-cü ildə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin müzakirəsinə həsr olunmuşdur.

Hesabatı giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçılara bildirib ki, 2023-cü ildə İnstitut əməkdaşları elmin 4 istiqamətində 13 mövzu üzrə apardığı tədqiqatlarda 30-a qədər mühüm nəticə almışlar. Bundan başqa dövlət tapşırıqları üzrə bir neçə tədqiqat işləri aparılmışdır. İşğaldan azad olunmuş ərazilərdə radioekoloji tədqiqatların nəticələri, yüksək həssaslığa malik radiasiya detektorlarının hazırlanması, radiasiyanın bioloji orqanizmlərə təsiri, nanokompozitlərin alınması, azkarbonlu radiasiya-kimyəvi proseslər və s. kimi uğurlu nəticələr vardır.

[15.11.2023]

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun (RPİ) Elmi Şurasının növbəti iclası keçirilib

Giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə İnstitutun əməkdaşları Vəlicanova Mehriban və Axundzadə Hacıvahidə “Fəlsəfə doktoru” diplomları təqdim olunub. Sonra 2023-cü il üçün qış imtahan sessiyasında doktorluq imtahanlarının keçirilməsi, İnstitutun 2023-cü il üçün Fəaliyyət Planının müzakirəsi, yerinə yetirilməmiş fəaliyyətlərin planlaşdırılması, 2023-cü il üçün illik hesabata hazırlıq və mühüm elmi nəticələri haqqında məsələlərə baxılıb.

[07.11.2023]

İnstitutun Baş direktorunun “8 Noyabr – Zəfər Günü” təbriki

Hörmətli həmkarlar!

Biz xoşbəxtik ki, əzəli və əbədi yurd yerlərimizin düşmən tapdağından azad olunmasını, Vətənin ərazi bütövlüyünü müjdələyən 8 Noyabr – Zəfər Gününü milli birlik və həmrəylik içində qeyd edirik. Biz həm də xoşbəxt bir nəsilik ki, müstəqil Azərbaycanda yaşayırıq və bu sevincli, qələbə dolu günlərə, bayramlara şahidlik edirik.

Müzəffər Ali Baş Komandanımızın uğurlu siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin üçüncü ildönümü 8 Noyabr – Zəfər Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ölkəmizin inkişafı naminə elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 

 

İslam Mustafayev
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin
Radiasiya Problemləri İnstitutunun Baş direktoru,
AMEA-nın müxbir üzvü, professor

[06.11.2023]

İnstitutda “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib

Bu gün ETN-nin Radiasiya Problemləri İnstitutunda Zəfər günü münasibəti ilə təntənəli tədbir keçirilmişdir. Tədbir Azərbaycan Respublikası himninin ifa edilməsi ilə başladı və şanlı zəfəri bizə bəxş edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan institutun baş direktoru, AMEA-nın m.ü. İ.Mustafayev Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyinin ölkəmizin qələbəsini təmin edən mühüm amillər olduğundan, ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqının daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdiyindən və düşmən üzərində tarixi zəfəri reallaşdıran Azərbaycan əsgəri və xaqan ali baş komandandan söz açdı.

[06.11.2023]

Radiasiya Problemləri İnstitutu Şuşa və Laçın rayonlarına ekoloji ekspedisiyası təşkil etmişlər

Radiasiya Problemləri İnstitutunun 2 ekoloji ekspedisiyası oktyabrın 28-dən noyabrın 4-dək Şuşa və Laçın rayonlarında tədqiqatlar aparmışlar. Ekspedisiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da iştirak etmişlər. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası üzrə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Tədbirlər Planında nəzərdə tutulmuş tədqiqat işləri həyata keçirilmişdir.

[03.11.2023]

Radiasiya Problemləri İnstitutu Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində respublika elmi-praktik konfransında iştirak edib

«Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi və İkinci Qarabağ müharibəsində qazanılan qələbənin üçüncü ildönümünə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib.

“Milli təhlükəsizlik və müasir hərb sənəti” mövzusunda keçirilən konfransda Milli Müdafiə Universiteti və tabeliyindəki təhsil müəssisələrinin zabit, professor-müəllim heyəti ilə bərabər, Müdafiə Nazirliyinin , Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının, Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri, Fizika və İnformasiya Texnologiyaları İnstitutlarının, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun, Azərbaycan Milli Aerokosmik Agentliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Azərbaycan Tibb Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənayə Universitetinin, Bakı Ali Neft Məktəbinin, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının, Dövlət Sərhəd Xidməti Akademiyasının, Daxili Qoşunların Ali Hərbi Məktəbinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin nümayəndələri iştirak ediblər.

[01.11.2023]

Radiasiya Problemləri İnstitutunda Milli Aviasiya Akademiyasının magistrantları üçün seminar təşkil olunub

01 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunda Milli Aviasiya Akademiyasının Aviasiya təhlükəsizliyi kafedrasının I kurs magistrantları üçün seminar təşkil olundu. İnstitutun "İnnovativ tədqiqatlar" qrupunun rəhbəri Namiq Heydərovun təqdimatında “Pilotsuz uçuş aparatlarının müxtəlif sahələrdə tətbiqi” mövzusu magistrantlar tərəfindən maraqla qarşılandı. Mövzu ətrafında geniş müzakirələr aparıldı.

[31.10.2023]

Radiasiya Problemləri İnstitutu ilə Macarıstanın Nüvə Tədqiqatları İnstitutu arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb

“İnnovativ ionlaşdırıcı şüa qəbulediciləri” laboratoriyasının müdiri, f.e.d., dos. F. Əhmədov 27 oktyabr tarixində Macarıstanın Nüvə Tədqiqatları İnstitutunda olmuşdur. Səfər müddətində Nüvə Tədqiqatları İnstitutunun direktoru Prof. Zsolt Dombradi, CERN qrupunun rəhbəri PhD Ujvári Balázs və MİMF-in rəhbəri Orxan Rəsulovla görüş keçirilmişdir. Macarıstanın Nüvə Tədqiqatları İnstitutu ilə Radiasiya Problemləri İnstitutu arasında 5 ilik əməkdaşlıq müqaviləsi imzalanmışdır.

[31.10.2023]

Radiasiya Problemləri İnstitutunun əməkdaşı Avropa komissiyasının dəstəyi ilə yerinə yetirilən HORİZON-MSCA çağırışı üzrə qalib olduğu DETMED qrantının ilkin görüşündə iştirak edib

İnnovativ Şüa qəbulediciləri laboratoriyasının müdiri f.e.d. Fərid Əhmədov oktyabrın 24-də Portuqaliyanın LUSOFONA universitetində keçirilən HORİZON-MSCA çağırışı üzrə qalib olduğu DETMED qrantının ilkin görüşündə iştirak etmişdir. DETMED layihəsinin əsas məqsədi tibbi qamma zondları üçün kompakt ölçülü geniş enerji diapazonunda işləyən yeni detektor modullarının hazırlanması və onun parametrlərinə xarici təsirlərin öyrənilməsidir.

[31.10.2023]

Radiasiya Problemləri İnstitutunun əməkdaşları Türkiyənin TUBİTAK-BİLGEM mərkəzində olublar

Radiasiya Problemləri İnstitutunun İnnovativ şüa qəbulediciləri laboratoriyasının əməkdaşları f.e.d. Fərid Əhmədov, f.e.d. Zirəddin Sadıqov və f.ü.f.d. Qadir Əhmədov Türkiyənin TUBİTAK-BİLGEM mərkəzində olublar. Səfərin əsas məqsədi gələcəkdə birgə işlərin görülməsi və selvari fotodiodların tətbiq istiqamətlərinin genişləndirilməsi olmuşdur.

[27.10.2023]

Radiasiya Problemləri İnstitutunda “Qurğuşunsuz boya” həftəsinə aid tədbir keçirilib

Hər il oktyabr ayının sonuncu həftəsi bütün dünyada qurğuşunsuz boya həftəsi keçirilir. Bu münasibətlə 27 oktyabr 2023-cü il tarixində, qurğuşunsuz boya həftəsinin başa çatdığı gün Radiasiya Problemləri İnstitutunda Gənc alim və mütəxəssislər Şurası tədbir keçirmişdir. Tədbirdə İnstitutun rəhbərliyi, kimyaçı alımlər və Şuranın üzvləri iştirak etmişlər.

[27.10.2023]

Qərbi Bohemia Universitetinin Elektronika mühəndisliyi və informasiya texnologiyaları fakültəsinin mütəxəssisləri Radiasiya Problemləri İnstitutunda yüksək radiasiya fonunda elektronikanın tətbiqinə həsir olunmuş seminar keçirib

Avropa komissiyasının dəstəyi ilə yerinə yetirilən Horizon-MSCA- İNNMEDSCAN qrantı üzrə Çexiyanın Qərbi Bohemia Universitetinin Elektronika mühəndisliyi və informasiya texnologiyaları fakültəsinin mütəxəssisləri Radiasiya Problemləri İnstitutunda ezamiyyətdə olmuşlar. Ezamiyyətin əsas məqsədi qrant layihəsinin 1-ci iş paketi üzrə elektronik dövrələrin hazırlanması və hazırlanan elektronik dövrələrin gələcəkdə Radiasiya Problemləri İnstitutunun və Rəqəmsal İnkişaf Agentliyinin yüksək aktivlikli Co-60 mənbələrindən istifadə edərək qamma şüalara qarşı radiasiya davamlılığının tədqiq edilməsi istiqamətində geniş müzakirələr aparmaqdır.

[24.10.2023]

Radiasiya Problemləri İnstitutunun alimi beynəlxalq konfransda iştirak edib

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Teymur Ağayev 19-21 oktyabr 2023-cü il tarixində Özbəkistan Respublikasının Daşkənd şəhərində Özbəkistan EA-nın və Fizika-Texnika İnstitutunun 80 illiyi, Materialşünaslıq İnstitutunun isə 30 illiyinə həsr olunmuş “Müasir fizikanın fundamental və tətbiqi problemləri” adlı Beynəlxalq konfransında iştirak etmişdir.

[19.10.2023]

Akademik M.K.Kərimovun 75 illiyinə həsr olunmuş “Radiasiya təhlükəsizliyi problemləri: regional aspektlər”adlı konfrans keçirilib

18-19 oktyabr 2023-cü il tarixində Radiasiya Problemləri İnstitutu Naxçıvan Dövlət Universiteti ilə birgə akademik M.K. Kərimovun 75 illik yubileyi münasibəti ilə “Radiasiya təhlükəsizliyi: regional aspektlər” mövzusunda elmi-texniki konfrans keçirmişdir.

Konfransın açılışı Naxçıvan Dövlət Universitetinin Konqres zalında təşkil olunmuşdu. Konfransı giriş sözü ilə açan Universitetin rektoru E.İsayev elm ilə təhsilin inteqrasiyasından, qarşılıqlı əməkdaşlığın əhəmiyyətindən danışmış, müstəqillik günü münasibəti ilə hər kəsi təbrik etmişdir. Sonra çıxış edənlər - AMEA-nın 1-ci vitse prezidenti vəzifəsini icra edən akademik A.Həşimov, Azərbaycan Dövlət Pedaqoji Universitetin elmi işlər üzrə prorektoru professor A.Zamanov, akademik İsmayıl Hacıyev və akademik A.Qəribov Mahmud Kərimovun AMEA-nın prezidenti kimi göstərdiyi çox tərəfli fəaliyyətindən, elmin idarə olunması, kadr siyasəti sahəsində həyata keçirdiyi yeniliklərdən, həmin illərdə hazırladığı Elmin İnkişafı üzrə Milli Strategiyadan, elmi təşkilati fəaliyyətindən söz açmışdır. Çıxış edənlər həm də M.Kərimovla bağlı xatirələrini söyləmişlər.