RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.11.2013]

AMEA, Radiasiya Problemləri İnstitutunda “Radiasiya Tədqiqatları və Onların Praktiki Aspektləri” mövzusunda VIII konfrans keçirldi

     20-21 noyabr, 2013-cü il tarixində AMEA, Radiasiya Problemləri İnstitutunda Akademik Mahmud Kərimovun 65 illik yubileyinə həsr olunmuş “Radiasiya Tədqiqatları və Onların Praktiki Aspektləri” mövzusunda VIII konfrans keçirldi Azərbaycan Milli Elmlər Akademiyası, AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və AMEA Radiasiya Problemləri İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, Gürcüstan, Orta Asiya və digər ölkələrdən olan alim və mütəxəssislər də oz elmi işlərini təqdim etdilər.
     Konfransı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, akademik Akif Hacıyev açdı. O, görkəmli alim, akademik Mahmud Kərimovun zəngin elmi yaradıcılığından, radiasiya tədqiqtları sahəsində qazandığı elmi nailiyyətlərdən bəhs etdi. Sonra akademik Mahmud Kərimovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
     Radiasiya Problemləri İnstitutun fəaliyyəti haqqında danışan A.Hacıyev bildirdi ki, radiasiya tədqiqatları sahəsində fəaliyyət göstərən institut elmi fəaliyyətində respublikanın süni və təbii radiaktiv maddələrlə əlaqədar radiasiya təhlükəsizliyi problemləri ilə yaxından məşğul olur.
     “Akademik Mahmud Kərimovun həyat və yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edən AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov respublikamızda fizika elminin inkişafına qiymətli töhfələr vermiş Mahmud Kərimovun zəngin elmi fəaliyyəti ilə radiasiya fizikası və informatika sahələrinin yeni biliklərlə zənginləşməsində mühüm rol oynadığını qeyd etdi. Bildirildi ki, akademik nüvə və radiasiya təhlükəsizliyi sahəsində elmi-texniki problemlərin həlli baxımından respublikamız üçün böyük əhəmiyyət kəsb edən radioekologiya və radiasiya materialşünaslığı istiqamətlərində də elmi tədqiqatlar aparmışdır. Onun uzun müddət rəhbərlik etdiyi Radiasiya Tədqiqatları Sektoru Akademiyanın nüfuzlu institutlarından birinə çevrilərək beynəlxalq aləmdə sanballı elmi qurum kimi qəbul olunmuşdur.
     A.Qəribov Azərbaycanda radiasiya tədqiqatları istiqamətində son nailiyyətlər barəsində də ətraflı məlumat verdi.
     Tədbirdə çıxış edən akademiklər Abel Məhərrəmov, Vaqif Fərzəliyev və başqaları tanınmış alim, bacarıqlı elm təşkilatçısı, akademik Mahmud Kərimovla bağlı xatirələrini bölüşdülər, onu təkcə böyük alim deyil, həm də böyük insan kimi xarakterizə etdilər. Konfransda AMEA-nın müxbir üzvləri A.Qəribəvun, V.Hüseynovun və həmçinin prof., k.e.d. İ.Mustafayevin plenar çıxışları çox böyük maraqla dinlənildi.
     Konfrans öz işini seksiya iclasları üzrə davam etdirdi. 2 gün davam edən konfransda “Radiasiya tədqiqatları, onların praktiki aspektləri”, “Nüvə Enerjisi, Status və Perspektivləri”, “Nüvə Enerjisinin Çevrilməsi Prosesi və İstifadə Sahələri”, “Radiasiya Materialşünaslığı (radiasiya kimyası, radiasiya fizikası, bərk cisimlərdə radiasiya effektləri)”, “Respublikada Nüvə və Radiasiya Təhlükəsizliyinin Mövcud Problemləri”, “Radioekoloji Durum, Problemlər və Onların Həlli Yolları” mövzusunda məruzələr dinlənildi, müzakirələr aparıldı.