RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.03.2022]

İnstitutda AMİU tələbələrinin istehsalat təcrübəsinə dair yekun görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) elmi-tədqiqat təcrübəsi keçmiş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) “Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə təhsil alan kurs magistrları ilə yekun görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev tələbələri salamlayıb və istehsalat təcrübəsinin yekunlarına dair fikirlərini bölüşüb.

Daha sonra çıxış edən təcrübə rəhbəri, AMEA-nın müxbir üzvü, professor Əminağa Sadıqov tələbələr üçün İnstitutda yaradılan şərait və elmi-tədqiqat təcrübəsi müddətində qayğıkeş münasibətə görə İnstitut rəhbərliyinə təşəkkür edib.

Sonda magistrların gələcək elmi fəaliyyətləri ətrafında fikir mübadiləsi aparılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.