RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[16.03.2022]

İnstitutda Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda AMEA Qızıl Aypara Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun icraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva Qızıl Aypara Cəmiyyəti və Radiasiya Problemləri İnstitutu arasındakı əməkdaşlıq əlaqələrinin əhəmiyyətindən danışıb.

Daha sonra çıxış edən AMEA Qızıl Aypara Cəmiyyətinin sədri Ceyran Nağıyeva İnstitutda yaradılan şəraitə və ianələrə görə minnətdarlığını bildirib. C.Nağıyeva Cəmiyyətin fəaliyyəti istiqamətləri və görülən xeyriyyə işləri haqqında tədbir iştirakçılarına məlumat verib.

Görüşün sonunda aztəminatlı 15 İnstitut əməkdaşına Novruz bayramı münasibətilə bayram sovqatı təqdim olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.