RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.03.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbirdə əvvəlcə AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin 2021-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunları haqqındakı hesabat müzakirə olunub.

Daha sonra iclasda İnstitutun laboratoriya rəhbəri, AMEA-nın müxbir üzvü, professor Oqtay Səmədovun və fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilovun 70 illik yubileylərinə AMEA Rəyasət Heyətinin müvafiq Qərarı dinlənilib, Yubileylərə həsr olunmuş elmi sessiyaların məzmunu müzakirə olunub.

İclasın sonunda xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı AMEA-nın iş rejimində tətbiq edilən məhdudiyyətlərin ləğv edilməsi, eləcə də İnstitutun “Heterogen proseslərin radiasiya kimyası” laboratoriyasının əməkdaşı, fizika elmləri doktoru, dosent Nüşabə Hacıyevanın baş elmi işçi vəzifəsinə keçirilməsi və “Radiokimya və radioprotektorlar” laboratoriyasının əməkdaşı, biologiya elmləri doktoru Sevil Məmmədliyə dosent elmi adı verilməsi haqqındakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.