RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[31.03.2022]

İnstitutun Elmi Şurasının növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Elmi Şuranın növbəti iclası keçirilib.

Tədbirdə əvvəlcə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan xalqına qarşı erməni millətçilərinin törətdiyi soyqırımı siyasəti, tarixi və hüquqi reallıqlar haqqında iştirakçılara məlumat verilib.

Daha sonra iclasda çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri iclas iştirakçılarının diqqətinə çatdırıb, həmçinin İnstitutun laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru Hökmən Mahmudovu 60 illik yubileyi münasibəti ilə təbrik edib, ona möhkəm can sağlığı və səmərəli elmi fəaliyyətində uğurlar arzulayıb.

Sonra UNESCO-nun Baş direktorunun Prioritet Afrika və Xarici əlaqələr üzrə müavini Firmin Eduard Motako tərəfindən təşkilat yanındakı Daimi Nümayəndəliklərə 24 fevral 2022-ci il tarixində ünvanlanmış məktub, eləcə də İnstitutda 2022-ci ildə keçirilmiş əməkdaşların attestasiyasının nəticələri haqqında məsələlərə baxılıb.

İclasın sonunda Radiasiya Problemləri İnstitutu üzrə doktorant və dissertantların attestasiyası aparılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.