RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[14.04.2022]

Bakı Dövlət Universitetinin tələbələri İnstitutda təcrübə keçirlər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutu Bakı Dövlət Universiteti ilə qarşılıqlı əməkdaşlıq əlaqələrini davam etdirir.

Belə ki, Universitetin Fizika fakültəsində “Fizika” ixtisası üzrə təhsil alan IV kurs tələbələri bu aydan etibarən İnstitutun laboratoriyalarında istehsalat təcrübəsinə başlayıblar.

Mayın 25-ə qədər davam edəcək istehsalat təcrübəsində iştirak edən tələbələr İnstitutda onlar üçün yaradılan şəraitdən məmnun olduqlarını ifadə ediblər və buna görə RPİ-nin laboratoriya rəhbərlərinə minnətdarlıqlarını bildiriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.