RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[07.05.2022]

“Böyük qayıdış: Ulu öndər Heydər Əliyevin reallığa çevrilən arzuları” adlı konfrans keçirilib

Yasamal Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş “Böyük qayıdış: Ulu öndər Heydər Əliyevin reallığa çevrilən arzuları” adlı konfrans keçirilib. Konfransda YAP İdarə Heyətinin üzvü, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Partiyanın qızıl fondu, 91-lərdən biri Şahlar Əsgərov, ərazi partiya təşkilat sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə YAP Yasamal rayon təşkilatında ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri düzülüb.

Tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükütla yad edilib və ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Qeyd edək ki, sözügedən konfransda çıxışçılardan biri olan Radiasiya Problemləri İnstitutunun icraçı direktoru, ərazi partiya təşkilatının sədri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva tədbirin sonunda partiyanın ictimai-siyasi həyatında aktiv fəaliyyətinə görə fəxri fərmanla təltif olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.