RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[19.05.2022]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclası giriş sözü ilə açan İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

İclasda əvvəlcə elmi, təşkilati və ictimai fəaliyyətlərinə görə İnstitutun 20 əməkdaşına Fəxri Fərmanlar təqdim olunub. Daha sonra İnstitut alimləri – Famil Hümbətov və Yadigar Cəfərov Eko Energetika Akademiyasına üzv seçilmələri münasibəti ilə təbrik edilib.

Tədbirdə daha sonra Azərbaycan Respublikası Elmin İnkişafı Fondunun 2022-ci il üçün əsas qrant müsabiqəsi, Belarus Milli Elmlər Akademiyasının Elmi kadrların hazırlanması İnstitutunun magistr və doktorant hazırlığı ilə əlaqəli müraciəti haqqındakı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda İnstitutun “Seqnetoelektriklərin radiasiya fizikası” laboratoriyasının rəhbəri, fizika-riyaziyyat elmləri doktoru Rauf Sərdarlının “Radiasiya materialşünaslığı” ixtisasından professor elmi adı alması üçün müraciətinə baxılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.