RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[25.05.2022]

İnstitutda növbəti elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “Metal oksidlər və y - şüalanma ilə modifikasiya olunmuş polimer kompozitlərin elektrofiziki xassələri” və “EPR dozimetriya” mövzularında elmi seminar keçirilib.

Seminarda çıxış edən “Polimer və elektroaktiv materialların radiasiya fizikası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Nəbi Əliyev və “Ətraf mühitin radiasiya kimyası” laboratoriyasının böyük elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Məhəmməd Bayramov mövzu üzrə tədbir iştirakçılarına geniş məlumat verib və onların suallarını cavablandırıblar.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.