RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[26.05.2022]

İnstitutda “Termolüminessensiya və Onun Tətbiq Sahələri” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Termolüminessensiya və Onun Tətbiq Sahələri” mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun laboratoriya rəhbəri, kimya elmləri namizədi, dosent Hökmən Mahmudov iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzü ətrafında fikirlərini səsləndirib.

Daha sonra seminarda İnstitutun əməkdaşı, kimya elmləri namizədi, dosent Sahib Məmmədov məruzə ilə çıxış edib. Məruzədə “Termolüminessensiya” və institututda bu sahə üzrə görülən işlər, həmçinin tədqiqatlarda istifadə olunan cihazlar və tətbiq sahələri barədə iştirakçılara geniş məlumat verilib.

Seminarın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə AMEA-nın digər institutlarından olan iştirakçılarla yanaşı bir sıra ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorantları da iştirak edib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.