RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.05.2022]

İnstitutda toplanış məşqi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Mülki-müdafiə üzrə Tədbirlər Planına əsasən “Hərbiləşdirilməmiş qüvvələrin” şəxsi heyətinin toplanış məşqi keçirilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş mühəndisi Xəyyam Səfixanov toplanış məşqi haqqında şəxsi heyətə məlumat verib.

Daha sonra çıxış edən İnstitutun Mülki-müdafiə qərargahının rəisi Taleh Məmmədov toplanış məşqinə dair izahat verib, həmçinin tapşırıqların həllində qarşıya çıxan problemlərdən və görüləcək işlərdən danışıb.

İnstitut üzrə bütün manqaların iştirak etdiyi tədbirdə iştirakçıların sualları cavablandırılıb, eləcə də toplanış məşqi qənaətbəxş hesab olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.