RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.05.2022]

İnstitutda “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev 28 May – Müstəqillik Günü, bu günün tarixi və əhəmiyyəti haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra çıxış edən İnstitutun İcraçı direktoru, İnstitut Qadınlar Şurası və Yeni Azərbaycan Partiyasının ərazi təşkilatının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva bildirib ki, 1918-ci il mayın 28-də qəbul olunmuş “İstiqlal Bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilirdi. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafın, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Azərbaycan Xalq Cümhuriyyəti 27 aprel 1920-ci ildə süqut etsə də xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının göstəricisi idi.

Tədbirdə çıxış edən digər natiqlər müstəqilliyimizin əbədi və dönməz, Vətənimizin hər qarış torpağının müqəddəs olduğunu, uğura aparan hər yolda hər addımın gələcək inkişafdan xəbər verdiyini bildiriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.