RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.12.2013]

AMEA Radiasiya Problemləri İnstitutunun “Sterilizasiya Məqsədli Güclü Qamma şüalanma kompleksi”nin rəisi Zaur Xəlilov və kiçik elmi işçi Aygün Süleymanova elmi ezamiyyətdə olmuşdular

AMEA Radiasiya Problemləri İnstitutunun "Sterilizasiya Məqsədli Güclü Qamma şüalanma kompleksi"nin rəisi Zaur Xəlilov və 15 saylı laboratoriyanın kiçik elmi işçisi Aygün Süleymanova 2-6 dekabr, 2013-cü il tarixlərində Portuqaliya Respublikasının Lissabon şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) tərəfindən təşkil olunmuş "Radiasion Sterilizasiyasının Mikrobioloji Aspektləri" üzrə regional təlim kursunda iştirak etmişdilər. Regional təlim kursu mühazirələr, praktiki məşğələlər və aşağıdakı əsas mövzuları əhatə etmişdir:
• sterilizasiya validasiya prosesinin əsas xarakteristikaları və məqsədi
• sterilizasiya validasiya zamanı dozimetriyanın aspektləri
• radiasiyon sterilizasiya validasiya üçün mikrobioloji üsullar
• istehsalın monitorinqi və potensial çirklənmə mənbələri