RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[21.06.2022]

İnstitutda fövqəladə iclas keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun II saylı korpusunda yaranmış yanğın təhlükəsi ilə əlaqədar fövqəladə iclas keçirilib.

İclasda İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayevə hadisə ilə bağlı məruzə edilib. Bildirilib ki, İnstitutun II sayılı korpusunun inzibati binasında ötən gün yaranmış yanğın təhlükəsi haqqında dərhal Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat verilmiş, müvafiq qurumun 3 yanğınsöndürən maşını və əməkdaşları hadisə yerinə cəlb olunmuşdur. Daha sonra yanğınla bağlı ciddi təhlükənin olmadığını nəzərə alaraq 2 yanğınsöndürən maşın geri qayıdıb, bir yanğınsöndürən briqada isə yarana biləcək təhlükələrin araşdırılması məqsədi ilə əraziyə baxış keçirib, yoxlamalar aparıblar.

Fövqəladə iclasda çıxış edən İnstitutun Baş direktoru bu kimi halların qarşısını alamaq üçün yanğın təhlükəsizliyinin gücləndirilməsi məqsədilə komissiya yaradılmasına göstəriş verib. Bildirib ki, sözügedən komissiya İnstitutun inzibati binalarında bütün zəruri texniki avadanlıqlara, enerji daşıyıcıları və paylayıcılarına, yanğınsöndürmə və yanğından mühafizə vasitələrinin təminatına, təhlükəsizliyinə nəzarəti həyata keçirəcək.

İ.Mustafayev sonda İnstitutun bütün əməkdaşlarını inzibati binalarda hava şəraitini nəzərə alaraq elektik avadanlıqlarından, enerji daşıyıcıları, texniki cihaz və qurğulardan istifadə edərkən diqqətli olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.