RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.07.2022]

İnstitutda Elmi Şuranın növbəti iclası keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda əvvəlcə İnstitutun magistrantlarının attestasiyası məsələsinə baxılıb və onlar attestasiya olunaraq növbəti ilə keçiriliblər. Daha sonra Şura üzvlərinə Sumqayıt Dövlət Universitetinin və AMEA-nın Şəki Regional Mərkəzinin keçirəcəyi iki Beynəlxalq Konfrans haqqında məlumat verilib.

Elmi Şurada elmi Şura üzvlərinə Türkiyə Elmlər Akademiyasının 26-30 sentyabr 2022-ci il tarixlərində İstanbulda Türk Dünyası Milli Elmlər Akademiyaları Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birlikdə təşkil edəcəyi “Əsas Elmlər və Akademik Həyatın Tələbləri” mövzusunda Yay Məktəbində iştirak etmək istəyən əməkdaşların müəyyənləşdirilməsi üzrə tapşırıqlar verilib.

Sonda AMEA Radiasiya Problemləri İnstitutunda resursların səmərəli istifadə olunması ilə əlaqəli monitorinqin keçirilməsi məsələsi müzakirə olunub və bu monitorinqi keçirmək üçün Komissiyanın tərkibi müəyyənləşdirilib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.