RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[18.07.2022]

AMEA Radiasiya Problemləri Institutunun əməkdaşı Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasının (AEK) təşkil etdiyi təlim kursunda iştirak etmişdir

AMEA Radiasiya Problemləri İnstitutunun İnnovativ ionlaşdırıcı Şüa Qəbulediciləri laboratoriyasının əməkdaşı Abbasova Çiçək Yurik qızı 27 iyun – 8 iyul 2022-ci il tarixlərində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) və Fransa Atom Enerjisi Komissiyasi (AEK) tərəfindən təşkil olunan “Radioaktiv izləyicilər və Qamma Skan edilməsi üzrə sertifikatlaşdırma” üzrə Fransanın Saclay şəhərində təlim kursunda iştirak etmişdir. Tədbirin məqsədi iştirakçılara Radioaktiv izləyicilərin metodologiyası (RTM/RTD) və Möhürlənmiş Mənbələr Metodları –Qamma Skan Texnikaları (SSM/SCT) üzrə Sertifikat almaq üçün texnoloji qurğulara tətbiq olunan radioizləyici və qamma skan etmə üsulları üzrə əsas bilik və praktiki təcrübələri öyrətmək olmuşdur.

Təlim kursu nəzəri və praktiki olmaqla iki hissədən ibarət olmuşdur. Nəzəri təlim həftəsinə müzakirə olunan mövzulara sənayedə və çöküntülərin daşınması tədqiqatlarında istifadə olunan radioizləyici texnikasının və ətraf mühit tədqiqatları üçün istifadə olunan qamma skan texnikasının prinsipləri və qısa icmalı, daxil idi.

Təlimin ikinci həftəsi Radioaktiv izləyicilər metodu və Qamma skan etmə texnikasının (SSM/CST) öyrənilməsinə dair laboratoriya şəraitində təcrübələrin aparılmasına həsr olunmuşdur.

Təlimin sonunda nəzəri hissə və praktiki işlərin imtahanı keçirilmiş və imtahanda uğur qazanan iştirakçı Level 2 səlahiyyət sertifikatları ilə təltif olunmuşdur.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.