RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[22.07.2022]

AMEA Radiasiya Problemləri İnstitutunda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri ilə görüş keçirilib

AMEA Radiasiya Problemləri İnstitutunda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası” nın nümayəndələri ilə görüş keçirilmişdir.

Görüşdə AMEA Radiasiya Problemləri İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, Enerjitutumlu radiasiya prosesləri laboratoriyası rəhbəri, kimya elmlər namizədi Hökmən Mahmudov, fizika elmlər namizədi Famin Salmanov, FHN-nin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyası rəisi polkovnik Zakir Abdullayev, Bakteroloji bölmənin rəisi baş leytenant Aygün Abbasova, Radiometriya bölməsinin rəisi baş leytenant Tural Şahbazov iştirak etmişlər.

İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, qonaqları salamlayaraq institutda aparılan elmi tədqiqat işləri, yerli və beynəlxalq layihələr haqqında geniş məlumat verib.

Hər iki qurumun nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli formatda səmərəli əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı faydalı və uzunmüddətli tərəfdaşlıq münasibətlərini daha da yüksək səviyyədə inkişaf etdirmək məqsədi ilə əməkdaşlıq memorandumun imzalanmasının vacibliyi vurğulanıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.