RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[08.07.2022]

İnstitutda “Elektron Paramaqnit Rezonansı” mövzusunda elmi seminar keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Elektron Paramaqnit Rezonansı” mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzü ətrafında fikirlərini səsləndirib.

Daha sonra seminarda İnstitutun əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi, dosent Rəşid Qasımov sözügedən mövzuda öz məruzəsi ilə çıxış edib. Məruzədə “Elektron Paramaqnit Rezonansı” və institututda bu sahə aparılan işlər, istifadə olunan cihazlar və tətbiq sahələri barədə iştirakçılara geniş məlumat verilib.

Seminarın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Qeyd edək ki, tədbirdə AMEA-nın digər institutlarından olan iştirakçılarla yanaşı bir sıra ali təhsil müəssisələrinin bakalavr, magistr və doktorantları da iştirak edib.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.