RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[11.08.2022]

Gənc alimlərin yay düşərgəsində AMEA-nın müxbir üzvü İslam Mustafayevin mühazirələri dinlənilib

6-11 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Lənkəran Olimpiya İdman Kompleksində gənc alimlərin yay düşərgəsi keçirilib.

Düşərgənin proqramına əsasən avqustun 10-da iştirakçılar “Ekologiya və ətraf mühitin ekoloji problemləri” mövzusunda AMEA-nın müxbir üzvü, Radiasiya Problemləri İnstitutunun baş direktoru İslam Mustafayevin mühazirələrini dinləyiblər. Çıxış zamanı radioaktiv çirklənmə, ekoloji balansın pozulması, qlobal iqlim dəyişikliyi və bu problemlərin həll üsulları, ölkə daxilində bu problemlərin qarşısının alınması üçün Radiasiya Problemləri İnstitutunda aparılan tədqiqatlar barəsində geniş məlumatlar verilib.

Sonda məruzəçi ilə interaktiv qaydada müzakirələr aparılıb, gənclərin sualları cavablandırılıb.

© science.gov.az