RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[12.08.2022]

İnstitutun gənc alimləri Gənclərin İnnovasiya Düşərgəsində iştirak ediblər

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) gənc alimləri Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Gənclərin İnnovasiya Düşərgəsində iştirak ediblər.

Mingəçevir şəhərində yerləşən Kür Olimpiya İdman Tədris Mərkəzində təşkil olunmuş və gənc alim və mütəxəssislər, müxtəlif ali təhsil müəssisələrin tələbələrinin qatıldığı düşərgə çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilmiş əyani-praktik təlimlərdə Radiasiya Problemləri İnistitutunun gənc alimləri - Namiq Heydərov və İbrahim Nuruyev çıxış ediblər.

Təlimçi Namiq Heydərov gənclərə pilotsuz uçuş apartları (PUA), elektronika proqramlaşdırma sahəsində ustad dərsi keçib. O, PUA-ların fərqləri, özünəməxsus üstünlükləri və tətbiqləri haqqında danışıb, eləcə də müasir elmi yeniliklər, elektronika və proqramlaşma sahəsində olan təcrübəsini gənclərlə bölüşüb. Elektronika sahəsinə marağı olan gənclərə hansı proqramlardan necə istifadə edə biləcəkləri haqqında tövsiyələr bölüşüb, həmçinin 17-28 iyul tarixlərində Türkiyəyə səfəri zamanı tanış olduğu texnoparklar, onlardan qazandığı təcrübə və qardaş ölkədə gənclərə yaradılmış şərait haqqında məlumat verib.

Gənclərə müasir zamanın tələbi olan elm sahələrinə yiyələnmək yolları haqqında danışan N.Heydərov onlara müvafiq sahədə dəstək ola biləcəyini də bildirib.

N.Heydərov sonda Radiasiya Problemləri İnstitutunun İnnovasiya Mərkəzi və Elm Texnologiya Parkının birgə hazırladığı “Məsafədən radioekoloji monitorinq sistemi” haqqında geniş məlumat verərək, bu qurğunun tətbiqləri haqqında danışıb, gənclərin suallarını cavablandırıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.