RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.09.2022]

Radiasiya Problemləri İnstitutunda magistrantlarla görüş keçirilib

AMEA-nın Radiasiya Problemləri İnstitutunda (RPİ) I və II kurs magistrantlarla görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, RPİ-nin icraçı direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva, İnstitutun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova, magistrantların rəhbərləri və digər natiqlər 2022-2023-cü tədris ili üzrə statistik məlumatları və bu təhsil pilləsinin əhəmiyyətini diqqətə çatdırıb, eyni zamanda yeni tədris ilinin başlanması münasibətilə gəncləri təbrik ediblər.

Sonda çıxış edən magistrantlar yaradılan şəraitə görə AMEA və institut rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.