RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[27.09.2022]

Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Anım tədbirində giriş sözü ilə çıxış edən Radiasiya Problemləri İnstitutunun İcraçı direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Rəvan Mehdiyeva 44 günlük Vətən müharibəsi və qüdrətli Azərbaycan ordusunun yazdığı qəhrəmanlıqlardan danışıb, əsgər və zabitlərimizin rəşadətindən qürur duyduğunu bildirib.

R.Mehdiyeva vurğulayıb ki, Xalq, Prezident və Ordu birliyi Vətən müharibəsində həlledici rol oynayıb və son 200 illik tariximizdə Müzəffər Ali Baş Komandan yeganə şəxsiyyət, ilk liderdir ki, itirilmiş, düşmən tərəfindən işğal olunmuş ərazilərin azad edilməsinə və Xalqa qaytarılmasına nail olub.

Daha sonra çıxış edən I və II Qarabağ müharibəsi iştirakçıları Azərbaycan ordusunun şanlı zəfəri haqqında fikir bildiriblər, həmçinin Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş, şəhidlik mərtəbəsinə ucalmış qəhrəmanlarımızın əziz ruhlarına ehtiramlarını bildiriblər.

Qeyd edək ki, tədbirdən sonra İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri II Fəxri Xiyabanda Vətənin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin məzarlarını ziyarət edib və gül dəstələri qoyublar.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.