RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.10.2022]

İnstitutun Baş direktoru Atom enerjisi üzrə Beynəlxalq Agentliyin 66-cı Sessiyasında iştirak edib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Assembleyasının 66-cı Sessiyasında iştirak edib.

Avstriyanın Vyana şəhərində keçirilən Sessiyada ölkəmizi həmçinin Azərbaycan Respublikası Xarici İşlər, Fövqəladə Hallar və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri təmsil ediblər.

Tədbirdə AEBA-nın üzvü olan ölkələr il ərzində atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində görülən işlər, o cümlədən həyata keçirilən layihələr haqqında məlumat veriblər. Sessiyada çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının işinin 2036-cı ilədək uzadılması haqqında plana qarşı etirazını bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyəti AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycanda həyata keçirilən layihələr müzakirə edilib, eləcə də qarşıdakı illərdə bu əməkdaşlığın genişləndirilməsi planları müzakirə olunub.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.