RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[17.01.2014]

20 Yanvar Hadısəsinin 24-cü İldönümünə Həsr Olunmuş Anım Tədbiri

17 yanvar 2014-cü il tarixində saat 11.00-da AMEA Radiasiya Problemləri İnstitutunda "20 Yanvar Hadısəsinin 24-cü İldönümünə Həsr Olunmuş Anım" tədbiri keçirilmişdir. 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra AMEA Radiasiya Problemləri İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Adil Qəribov tədbiri açıq elan edərək 20 Yanvar hadisəsi ilə bağlı təəssürat və xatirələrini bölüşdü, Azərbaycan xalqının məruz qaldığı haqsızlıqları tədbir iştirakçılarının diqqətinə çatdırdı. Tədbirdə həmçinin institutun digər əməkdaşları da bu ağrılı hadisəyə öz münasibətlərini bildirdilər.
Allah 20 Yanvar Şəhidlərinə Rəhmət Eləsin!