RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[03.10.2022]

AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşı Türkiyə Elmlər Akademiyasının təşkil etdiyi yay məktəbində iştirak etmişdir

AMEA Radiasiya Problemləri İnstitutunun “İnnovativ ionlaşdırıcı Şüa Qəbulediciləri” laboratoriyasının əməkdaşı Abbasova Çiçək Yurik qızı 26-30 sentyabr 2022-ci il tarixlərində Türkiyə Elmlər Akademiyasının (TÜBA) təşkil etdiyi “Basic Science and Requirement of Academic Life” mövzusunda Yay məktəbində iştirak etmişdir. Yay məktəbində Türkiyə, Azərbaycan, Albaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Əlcəzayir, Pakistan, Moldova kimi ölkələrdən müxtəlif elm sahələri üzrə (fizika, kimya, tibb, riyaziyyat və s.) tədqiqatçılar iştirak etmişdir. Yay məktəbinin məqsədi iştirakçılara müxtəlif təbiət elmləri barədə, əsasən də fundamental elmlər və akademik həyatın tələbləri haqqında məlumatların çatdırılması olmuşdur.

Proqramın açılışında çıxış edən TÜBA direktoru Prof. Dr. Muzaffer Şeker xatırladıb ki, TÜBA Yay Məktəbi 2017-ci ildən “Beynəlxalq Hüquq, Diplomatiya və Əməkdaşlıq” mövzusu ilə təşkil olunub və 2022-ci il Birləşmiş Millətlər Təşkilatı tərəfindən “Davamlı İnkişaf üçün Beynəlxalq Fundamental Elmlər İli” elan edilib. Bu çərçivədə TÜBA Akademiya Şurası olaraq, Yay Məktəbinin mövzusunu təməl elmlərə həsr etdik, adını isə “Fundamental Elmlər və Akademik Həyatın Tələbləri” olaraq dəyişdirdik. Bir çox TÜBA Üzvləri ilə yanaşı, Türkiyənin müxtəlif Universitet və Qurumlarından alimlər Yay Məktəbi tələbələrimizlə görüşdülər. Dördüncü dəfə təşkil etdiyimiz Yay Məktəbimiz türk dünyası, qardaş və yaxın ölkələrin alim və mütəxəssisləri arasında əməkdaşlığa töhfə verməyi hədəfləyir və hər il yeni körpülər qurur, elmi işbirliklərinə yol açır. Bu əməkdaşlığın möhkəmlənməsi hamımız üçün ümidvericidir”.

Daha sonra TÜBİTAK-ın direktoru, TÜBA-nın həqiqi üzvü Prof. Dr. Hasan Mandal “Əsas elm və texnologiyaların inkişafı üçün siyasətin yaradılması” mövzusunda təqdimatı olmuşdur. Həmçinin Prof.Dr. Muhsin Kar, Prof.Dr. Bilge Demirköz, Prof.Dr.Mehmet İşleyen, Prof.Dr.Ekrem Savaş, Prof.Dr. Nihat Berker və digər TÜBA-nın üzvü olan professorların təqdimatlarırı dinlənilmişdir. Təqdimatların sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmış, İnstitumuzun əməkdaşıə Çiçək Abbasova bu diskussiyalarda aktiv iştirak etmişdir.

Yay məktəbinin 4-cü günü TÜBİTAK Marmara Araştırma Mərkəzinə (MAM) ekskursiya təşkil olunmuş və iştirakçılar müxtəlif laboratoriyalarla tanış olmuşlar. Prof.Dr. İsmail Küçük və Prof.Dr. Nizamettin Erduranla iştirakçılar arasında müzakirələr olmuşdur.

Yay məktibinin sonunda, TÜBA-nın direktoru Prof. Dr. Muzaffer Şeker İştirakçılardan bir çoxuna, o cümlədən əməkdaşımız Çiçək Abbasovaya sertifikat təqdim etmişdir.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.