RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[05.10.2022]

İnstitutun Baş direktoru Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən seminarda çıxış etmişdir

RPİ Baş direktoru, AzMİU-nun kafedra müdiri, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev Azərbaycan Memarlıq ve İnşaat Universitetində “Pestisid tullantılarının idarə olunmasında yaranan risklər” adlı mövzu ilə çıxış etmişdir. İ.Mustafayev çıxışı zamanı müxtəlif araşdırmalar nəticəsində əldə olunmuş faktları təqdim etməklə pestisid tullantılarının ətraf mühit və insan sağlamlığı üçün yaratdığı təhlükələr barədə məlumat verib. Seminarda dünyada və həmçinin ölkəmizdə bu növ tullantıların zərərsizləşdirilməsi istiqamətində aparılan müasir texnoloji və kimyəvi metodlardan da bəhs olunub.

Tədbirdə AZMİU və AMEA Radiasiya Problemləri İnstitutunun əməkdaşları iştirak ediblər. Seminarın sonunda bu mövzu ilə əlaqəli bir çox suallar müzakirə olunub və ətraflı şəkildə cavablandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.