RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[10.10.2022]

İnstitutda Təbriz Universitetinin professoru ilə görüş keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunda (RPİ) Təbriz Universitetinin professoru Əziz Əftəxari ilə görüş keçirilib.

Görüşdə çıxış edən RPİ-nin Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qonağı salamlayıb və İnstitutun tarixi, həmçinin elmi tədqiqat istiqamətləri və əldə edilmiş mühüm nəticələr haqqında məlumat verib.

Daha sonra söz alan professor Əziz Əftaxari səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirib, eləcə də yaxın günlərdə Şuşa şəhərinə olan ziyarətindən danışıb, aparılan yenidənqurma və abadlıq işləri haqqında təsüratlarını bölüşüb.

Görüşdə “Nanotexnologiyaların ətraf mühit və tibb sahəsində tətbiqi” adlı təqdimatla çıxış edən Ə.Əftəxari əvvəlcə elmi fəaliyyəti və əməkdaşlıq əlaqələrindən bəhs edib, sonra nanotexnologiyalar və səmərəli istifadə üsulları, ətraf mühitdəki çirklənmələrin insan orqanizminə toksikoloji təsiri, o cümlədən hüceyrəvi xəstəliklərin aşkarlanması və müalicəsində müasir texnologiyalar haqqında məlumat verib.

Qeyd edək ki, təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb və sonda auditoriyanın sualları cavablandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.