İçindəki
Xəbərlər
İnstitutun nümayəndə heyəti Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib
Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev, İnstitutun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova və Baş direktorun köməkçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov Türkiyənin İzmir şəhərində keçirilən “Nuclear Science and Techoligies” adlı Beynəlxalq Konfransda iştirak ediblər.
30 ölkədən olan 150 iştirakçının qatıldığı Konfransın Təşkilat Komitəsinin üzvü, professor İslam Mustafayev Konfransda “Post-Radiation Effects In The Olefine-Containing Systems” və “Low-Carbon Radiation-Chemical Processes Of Oil-Refining” mövzularında geniş təqdimatlarla çıxış edib, iştirakçılara Azərbaycanda bu istiqamətdə aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. İ.Mustafayev həm də Konfransın elmi sesiyalarının birinə moderatorluq etmişdir.
Konfransda daha sonra İnstitutun Təhsil şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Əminə Mikayılova “The Radionuclide Content of Thermal Water in Azerbaijan”, Baş direktorun köməkçisi, fizka üzrə fəlsəfə doktoru Famin Salmanov isə “Electrical conductivity in gamma-irradiated of TlGa1-x InxSe2(1-x)S2x solid solution” mövzularında məruzələr ediblər.
Qeyd edək ki, Konfrans çərçivəsində digər ölkələrdən olan alimlərlə gələcək əməkdaşlıq əlaqələri müzakirə edilib, həmçinin mövcud tədqiqatlar ətrafında geniş fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.