RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[24.01.2014]

AMEA Radiasiya Problemləri İnstitutunda "Ədədlərin möcüzəsi" adlı elmi seminar keçirilmişdir

22 yanvar 2013-cü ildə saat 15-00-da AMEA-nın Radiasiya Problemləri İnstitutunun Gənc Alimlər və Mütəxəssislər Şurasında RPİ-nin Elektron Sürətləndirici Elmi Təcrübi Şöbənin rəisi, Fizika-riyaziyyat elmləri doktoru, professor Əsgər Əli Abıyevin "Ədədlərin möcüzəsi" mövzusunda elmi seminar keçirilmişdir. İclasda AMEA nın Riyaziyyat və Mexanika İnstitutu, Kibernetika İnstitutunun Gənc alimləri də ishtirak edirdilər.
Seminarı giriş sözü ilə Radiasiya Problemləri İnstitutunun Gənc Alim və mütəxəssislər Şurasının sədri, fizika-riyaziyyat elmləri namizədi Famin Salmanov acdı. O qeyd etdi ki, ənənəvi seminarların keçirilməsi gənclərin elmə marağının artmasına, inkişafına dəstək məqsədi daşıyır, bu cür seminarların keçirilməsi biz gənclər üçün cox faydalıdır, seminarda gənc alimlərin iştirakına geniş yer verilməlidir. Sonra isə Professor Əsgər Əli Abıyev məruzə ilə çıxış etdi . O, mövzu üzrə əldə etdiyi yenilikləri gənclərlə bölüşdü. Məruzə ətrafında geniş müzakirələr aparıldı, suallar cavablandırıldı.