RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[15.11.2022]

İnstitutda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bir qrup tələbələri ilə görüş keçirilib

Radiasiya Problemləri İnstitutunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan bir qrup tələbələrlə görüş keçirilmişdir.

İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü İslam Mustafayev rəhbərlik etdiyin institutda aparılan elmi tədqiqat işləri haqqında qonaqlara geniş məlumat verdi.

“Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının müdiri, dosent Əliyeva Nərminə və kafedranın dosenti Hüseynova Mətanət İnstitutu”-nun rəhbərliyi ilə “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan 351.20 qrup tələbələrlə görüş keçirilərək gələcək planlar və görülən işlər haqqında geniş müzakirələr aparıldı. Həmçinin tələbələrin bilik və bacarıqlarının artırılması, laboratoriya avadanlıqları ilə yaxından tanış olmaq məqsədilə “Ekologiya mühəndisliyi” ixtisası üzrə təhsil alan 351.20 qrup tələbələri üçün “Ətraf mühitin radiasiya kimyası”, “Heterogen Proseslərin radiasiya kimyası”, “Radioekologiya” və “Radiokimya və radioprotektorlar” laboratoriyaları ilə tanışlıq məqsədilə infotur təşkil olunmuşdur.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.