RADİASİYA PROBLEMLƏRİ İNSTİTUTU
AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİ
FİZİKA-RİYAZİYYAT VƏ TEXNİKA ELMLƏRİ BÖLMƏSİ
| AZE | ENG | RUS |

Xəbərlər

[13.12.2022]

İnstitutda elmi seminar keçirilib

Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Müasir detonasiya texnologiyalarından istifadə edərək üzvi tullantıların təkrar emalı” mövzusunda elmi seminar keçirilib.

Seminarda giriş sözü ilə çıxış edən İnstitutun Baş direktoru, AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev iştirakçıları salamlayaraq seminarın əhəmiyyəti və mövzu ətrafında öz fikirlərini səsləndirib, həmçinin məruzəçi N.N.Semyonov adına Kimyəvi Fizika üzrə Federal Tədqiqat Mərkəzinin əməkdaşı, fizika-riyaziyyat elmləri namizədi Vüqar Xudaverdiyevi seminar iştirakçılarına təqdim edib.

Daha sonra institutun kiçik elmi işçisi Selcan Hacıyeva məruzəçinin tərcümeyi-halı haqqında tədbir iştirakçılarına məlumat verib.

Seminarda məruzə ilə çıxış edən Vüqar Xudaverdiyev bildirib ki, üzvi tullantıların ekoloji cəhətdən təmiz utilizasiyası problemi qlobal miqyasdadır və bu problemin ən perspektivli həlli yüksək temperaturda piroliz və qazlaşdırma üsullarının birgə istifadəsi ilə tullantıların emalı prosesidir ki, bu zaman karbon tamamilə qaz halında olan məhsullara çevrilir.

Seminarda həmçinin N.N.Semyonov adına Kimyəvi Fizika üzrə Federal Tədqiqat Mərkəzinin “Yanma və Partlayış” şöbəsinin əməkdaşları tərəfindən tullantıların qazlaşdırılmasının keyfiyyəti baxımından plazma ilə müqayisə edilə bilən unikal qurğu və standart 20 futluq konteynerə yerləşdirilən mini-zavodun mobil versiyasının iş prinsipi ətraflı izah olunub.

Daha sonra kimya üzrə fəlsəfə doktoru Ülviyyə Quliyeva Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının yenilənmiş “Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə” və “Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə”ləri haqqında iştirakçılara ətraflı məlumat verib.

Seminarın sonunda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.


 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.irp.science.az saytına istinad zəruridir.